Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qafqaz Universitetinin komandası arasında çempionatın ilk oyunu keçirilib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb

Ölkə çempionatının oyunları “Şəfa”da
18:34 13-04-2012
“Şəfa” stadionunda Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələri arasında futbol üzrə IV ölkə çempionatının açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, təhsil nazirinin müavini Qulu Novruzov, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov və Tələbə Futbol Federasiyasının prezidenti İlham Mərdanov çıxış edərək iştirakçı komandalara uğurlar arzulayıblar.

Çıxışlar başa çatdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qafqaz Universitetinin komandası arasında çempionatın ilk oyunu keçirilib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, çempionatda 30 ali təhsil müəssisəsinin komandası iştirak edir.
http://apasport.az/news.php?id=58202

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır