Bakı Dövlət və Qafqaz Universitetlərinin təşəbbüsü ilə toplantı keçirilib


Bakı Dövlət və Qafqaz Universitetlərinin təşəbbüsü ilə 12 aprel 2012-ci il tarixində Qafqaz Universitetində Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrinin Beynəlxalq Əlaqələr üzrə heyətlərinin toplantısı keçirilib. Toplantıda Təhsil Nazirliyi Xarici Əlaqələr, İnformasiya və koordinasiya şöbəsinin müdiri Tamilla Əliyeva, Azərbaycan Tibb Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm İnstitutu, Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Azerbaijan Universitetlərindən nümayəndə heyəti iştirak edib.
Toplantı zamanı Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq təhsil arenasına  inteqrasiyası, bu prosesdə universitetlərin üzləşdikləri imkanlar və yeniliklər, təhsil müəssisələrinin beynəlxalq təhsil məkanında atdığı bir sıra uğurlu addımlar haqqında fikir mübadiləsi aparılıb. Açılışı Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç edib. O, bundan sonra daha da yüksək nəticələr göstərmək üçün universitetlərin birlikdə çalışmalarında fayda olduğunu vurğulayıb.
Növbəti görüş 1 may 2012-ci il tarixində Bakı Dövlət Universitetində keçiriləcək.

Elmira İsmayılova,
Beynəlxalq Proqramlar şöbəsinin mütəxəssisi
 http://bsu.edu.az/az/news/bak_dvlt_v_qafqaz_universitetlrinin_tbbs_il_toplant_keirilib

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır