Ekologiya və Təbii Sərvətlər Naziriliyində görüş keçirilib

Aprelin 4-də Azərbaycan Ekologiya və Təbii  Sərvətlər nazirinin müavini Firdovsi Əliyevlə ənənəvi Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (INEPO-EUROASIA) iştirakçıları olan xarici şagirdlərlə görüşü olmuşdur. Görüşdə “Çağ” Öyrətim İşlətmələrinin prezidenti Enver Özeren,  olimpiadanın Təşkilat Komitəsinin sədri Arif Gömleksiz  və Azərbaycan -Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəis müavini Mesut Kurnaz iştirak etmişdir. Qonaqları çox səmimi qarşılayan nazir müavini bu görüşdən olduqca məmnun olduğunu bildirmişdir.  Sonra F. Əliyev əcnəbi məktəblilərə və qonaqlara Azərbaycanda ekologiyanın vəziyyəti, Azərbaycan Prezident İlham Əliyevin tapşırığına əsasən Respublika ərazisində ekologiyanın daha təmiz olması üçün lazımi proqram və layihələr hazırlanmasından geniş məlumat vermişdir. Bu proqram və layihələrə əsasən ölkəinin bütün ərazisində eləcədə paytaxt Bakı səhərində minlərlə ağaclar əkilməsindən, parklar xiyabanlar salınmasından, geniş yaşıllaşdima, təmizlik və s.  işlərin  görülməsini xüsusi qeyd etmişdir. Həyata keçirilən bu işlər nəticəsində Azərbaycan sözün əsil mənasında ekoloji baxımdan dünyanın ən təmiz olkələrindən birinə çevriləcəyindən əmin olduğunu qeyd etmişdir.
Sonra məktəbli  ekoloqlar yaşadıqları ölkələrdəki ekoloji problemlər və bu problemlərin aradan qaldırılması haqqında öz düşüncələrini fikirlərini söyləmişlər və səmimi qəbula görə nazir müavininə minnətdarlıqlarını bildirmişlər. 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır