İlk görüş Azərbaycan Pedaqoji Universiteti və “Qafqaz” Universitetinin komandaları arasında olmuşdur:1:1

Ali təhsil müəssisələri arasında futbol üzrə IV ölkə çempionatının açılış mərasimi keçirilmişdir 
Bakı, 13 aprel (AzərTAc). Aprelin 13-də Bakıdakı “Şəfa” stadionunda Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələri arasında futbol üzrə IV ölkə çempionatının açılış mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov tədbir iştirakçılarını salamlamış və yarışda iştirak edən komandalar haqda məlumat vermişdir.
Nazir müavini ulu öndərin idmana göstərdiyi dəstək və qayğıdan danışmış və hazırda da bunun ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulamışdır.
Sonra çempionatın təşkilində əməyi olanlara təşəkkürünü bildirən nazir Q.Novruzov ali məktəb tələbələrinin keçirilən yarışlarda fəal iştirakını təqdirəlayiq hal kimi dəyərləndirmiş və onlara uğurlar arzulamışdır.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti İlham Mərdanov ölkəmizdə belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmış və ənənəvi çempionatın Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına layiqli töhfələr verəcəyinə inandıqlarını bildirmişlər.
Daha sonra çempionatın təqvimi elan olunmuşdur.
Bildirilmişdir ki, çempionatda 30 təhsil müəssisəsinin komandası iştirak edir. Yarış qrupda 5 komanda olmaqla 4 qrup üzrə keçiriləcəkdir. Hər qrupdan 1-2-ci yerləri tutan komanda növbəti tura adlayacaqdır.
Sonda Azərbaycanın dövlət himni səsləndirilmiş və çempionatın ilk qarşılaşması keçirilmişdir. İlk görüş Azərbaycan Pedaqoji Universiteti və “Qafqaz” Universitetinin komandaları arasında olmuşdur.
Qeyd edək ki, ötən il çempionatın qalibi Naxçıvan Dövlət Universiteti olmuşdur. 
http://www.azertag.com/node/939784





Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır