“İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Olimpiadasının iştirakçıları üçün “SOCAR Günü” təşkil olunmuşdur

Xəbər verildiyi kimi, 6-7 aprel 2012-ci il tarixlərində ARDNŞ-nin dəstəyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İctimai Televiziya, ''Çağ'' Öyrətim İşlətmələri Şirkəti və ''İNEPO-AVRASİYA'' Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda ''INEPO-EUROASIA'' Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadası keçirilcəkdir. 

Aprelin 4-də ARDNŞ prezidenti Rövnəq Abdullayev olimpiada iştirakçıları ilə görüşmüş, onlara uğurlar arzulamışdır. Aprelin 5-də olimpiada çərçivəsində “SOCAR Günü” təşkil edilmişdir. Tədbir olimpiada iştirakçılarının Suraxanı rayonunda yerləşən “Atəşgah”a ziyarəti ilə başlanmış, daha sonra iştirakçılar ''Ekoloji Park''da olmuşlar.

Abşeron yarımadasında ekoloji vəziyyətin normallaşdırılması üçün yaşıllıq zolaqlarının artırılması, buradakı iqlim şəraitinə uyğunlaşa bilən ekzotik ağac-kol və dekorativ bitkilərin becərilməsi, Abşeronun nəsli kəsilmək təhlükəsi olan nadir bitkilərindən ibarət kolleksiyanın yaradılması məqsədini daşıyan park, o cümlədən burada quraşdırılmış külək generatorları, günəş panelləri, açıq və qapalı şitilxana kompleksi haqqında məktəblilərə ətraflı məlumat verilmiş, onlar üçün elektromobillər və velosipedlərlə gəzinti təşkil edilmişdir.
 Olimpiada iştirakçıları ağac əkmiş, xüsusi lövhələr üzərində öz adlarını, ölkələrini və tarixi qeyd etmişlər. Onlar “Ekoloji Park”ın “Xatirə kitabı”na ürək sözlərini yazmış, xatirə şəkilləri çəkdirmişlər. Qonaqlara hədiyyələr verilmişdir.

Sonra olimpiada iştirakçıları Qala kəndində yerləşən “Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi”nə getmiş, orada qorunan eksponatlar və xalq sənətkarlığı nümunələri ilə tanış olmuş, ayrı-ayrı sənətkarlıq nümunələrinin hazırlanması prosesini canlı seyr etmişlər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır