Qafqaz Universitetində “ARAZ “ Hazırlıq kurslarına qəbul üçün sınaq imtahanı keçirildi.

17 April, 2012
     “Çağ”  Öyrətim İşlətmələri  şirkətinin “Araz” ali təhsilə hazırlıq  kursları aprel ayının 15-də Qafqaz Universitetində  ‘‘Araz ‘‘ali təhsilə hazırlıq kurslarına  qəbul imtahanı keçirmişdir. İmtahanda abituriyentlər yüksək keyfiyyət nümayiş etdirmişlər.
    Abituriyentlərin məqsədi müstəqil azərbaycanımızın və dünya universitetlərinə qəbul olmaq üçün zamanın tələblərinə uyğun şəkildə imtahanlara hazırlaşmaqdır. Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan “Çağ Öyrətim” Şirkəti və ona bağlı Araz Kursları 20 ildir etimada sədaqətlə fəaliyyət göstərir. Digər sahələrdə olduğu kimi təhsil sahəsində də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncamlar əsasında aparılan islahatların nəticəsində Azərbaycan təhsili ilə dünya təhsili arasında inteqrasiya güclənir, orta məktəblərdə təhsil günü-gündən inkişaf edir. Belə ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayı ilbəil artır.
 Ali məktəblərə hazırlıq deyərkən 20 ildir ki, ağıla ilk olaraq Araz Kursları gəlir. Azərbaycanda ali məktəblərə qəbul imtahanları test sistemi ilə keçirilməyə başladığından təcrübənin az, sistemi öyrənməyə ehtiyacın çox olduğu belə bir dövrdə Araz Kursları da təhsilə öz köməyini əsirgəmədi.
Fəaliyyətə başladığı ilk gündən təhsil ictimaiyyətinin diqqətini özünə çəkməyə müvəffəq olan Araz Kursları test təcrübəsini çox uğurla Azərbaycanda tətbiq edir . 20 il öncə Bakı şəhərində – cəmi bir kursla bünövrəsi qoyulan Araz Kursları hal-hazırda respublikamızın 10 müxtəlif şəhər və rayon mərkəzlərində 12 kursla fəaliyyətini uğurla davam etdirir.
Qafqaz universitetinin professor müəllim və tələbə heyəti Abituriyentlərə müvəfəqiyyətlər arzulayır.
Qafqaz Universiteti Mətbuat xidməti

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF