Qafqaz Universitetində elmi mövzuya həsr edilmiş seminar keçirilmişdir

 Bakı, 19 aprel (AzərTAc). Qafqaz Universitetində 2011-2012-ci tədris ili seminarlar seriyasından növbəti seminar keçirilmişdir 
AzərTAc xəbər verir ki, müəllim və tələbələrin iştirak etdikləri seminarda Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev “Qəzaların gizli dövrünün robast-noise monitorinq texnologiyaları və nəzəriyyəsi” barədə danışmışdır.
Türkiyənin Qaradəniz Texniki Universitetinin mühəndislik fakültəsinin dekanı professor Alemdar Bayraktar məruzə etmişdir.
Sonra alimlər tələbələri maraqlandıran suallara cavab vermişlər.
 http://www.azertag.com/node/942142

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF