Qafqaz Universitetində “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı konfrans keçirildi FOTOLENT

27 April, 2012, Qafqaz Universitetinin Pedaqoqika  fakultəsi  İngilis dili və ədəbiyyatı bölməsi tərəfindən aprelin 27-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu və “ÇAĞ” Öyrətim İşlətmələri şirkətinin 20-ci ildönümünə  həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodlarıadlı Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı keçirildi. 
Konfransda universitetin rektoru professor Ahmet Sanıç gənc tədqiqatçıları salamladı, ingilis  dilinin günümüzdəki əhəmiyyətindən bəhs etdi .Sonra söz alan universitetin İngilis dili və ədəbiyyatı bölməsinin kafedra müdiri Ali Bereket konfransla əlaqəli olaraq bunları dedi: Məqsəd  tədqiqatçıların  elmi fəaliyyətdə əldə etdikləri nailiyyətləri və nəticələri müzakirə etmək, araşdırmaqda olduqları elmi-tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, İngilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının  daha səmərəli  araşdırmaqdır.
Bir gün davam  edən kofransın proqramı dilçilik, ədəbiyyat və təhsil  kimi tədqiqat sahələrini əhatə edirdi. “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodlarıadlı gənc  tədqiqatçıların II beynəlxalq  konfransına ölkə daxilindən və xaricindən səksənə yaxın tədqiqatçı iştirak edirdi.Konfrans Qafqaz universitetinin auditoriyalarında seksiyalara bölünərək  davam etdirldi. Qeyd edək ki, konfransın sponsoru Azersun Holdingdir.
 Qafqaz Universitetinin mətbuat xidməti.
 


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF