Qafqaz Universitetində növbəti seminar

Qafqaz Universitetində növbəti aylıq seminar keçirildi. Seminarı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirdi ki, artıq neçə ildir ki, bu ali təhsil ocağında müxtəlif sahələrdə, müxtəlif aspektlərdə seminarlar təşkil olunur. Bu seminarların keçirilməsi tələbələrin dünyagörüşünün artmasında, bilik və təcrübələrinin daha da inkişaf etdirilməsində mühüm rol oynayır. Bugünkü seminarın əsas mövzusu isə seysmologiya sahəsinə həsr olunmuşdur.
Sonra Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev “Qəzaların gizli dövrünün robast noise-monitorinq nəzəriyyəsi və texnologiyaları” mövzusunda məruzə ilə çıxış etdi. O, çıxışında bildirdi ki, Azərbaycanda zəlzələləri proqnozlaşdıra bilən ilk seysmoakustik telemetrik stansiya 2010-cu ilin mayın 1-də Qum adasında quraşdırılıb. İkinci stansiya isə ötən həftə Şirvanda quraşdırılıb. Növbəti iki stansiyanın isə yaxın zamanlarda Siyəzən və Naftalanda quraşdırılması nəzərdə tutulur: “Ötən müddət ərzində fəaliyyətdə olan stansiyalar bütün anomal seysmik prosesləri əvvəlcədən dəqiqliyi ilə qeyd edib. Zəlzələlərin ən azı 5 saatdan 20 saata qədər olan müddət ərzində qabaqcadan proqnozu verilir. Hələlik bizim eksperimentlərdə zəlzələlər 300 kilometrə qədər məsafədən qeyd olunur. Amma 400-500 kilometrdən də bunlar qeydə alınır. Amma biz düşünürük ki, 250-300 kilometrə qədər məsafədə zəlzələləri daha etibarlı qeyd etmək mümkündür”.
Sonra Türkiyənin Qaradəniz Texniki Universitetinin mühəndislik fakültəsinin dekanı Alemdar Bayraktar “Van zəlzələlərində ortaya çıxan konstruksiya qüsurları” mövzusunda geniş məruzə etdi.
Seminarın sonunda tələbələri maraqlandıran suallara cavab verildi.
Qafqaz Universitetinin rəhbərliyi tərəfindən qonaqlara xatirə plaketi hədiyyə olundu.
Gülşən Hüseynova,
“Respublika”.
http://www.respublica-news.az/2012/04/20/24545/


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır