Qaliblərimiz Gəncədə “Tələbə baharı” ilə

19 April, 2012, Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Tələbə baharı” VI Ümumrespublika tələbə yaradıcılığı festivalının Qala konserti Gəncədə baş tutdu. 2006-cı ildən etibarən mütəmadi olaraq təşkil edilən “Tələbə baharı” festivalı ilk dəfə idi ki, regionda keçirildi. 
Festivalın qala konsertinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci il 7 iyul tarixində imzalanmış Sərəncamla "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən "Gənclər Paytaxtı" elan edilən Gəncə şəhərində keçirilməsi gənclərlə işin daha da canlandırılmasına yönəldilmişdi.
 Yaşıl teatrda açılışı olan "Tələbə baharı" festivalında 200-dən çox tələbə pop musiqisi, xalq mahnıları, caz musiqisi, klassik musiqi, estrada musiqisi, milli rəqslər, müasir rəqslər, bal rəqsləri üzrə bacarıqlarını nümayiş etdirdilər.
Konsertdə Qafqaz Universiteti yaradıcı tələbələri və kollektivlərinin çıxışı gurultulu alqışlarla qarşılandı. Qafqaz Universitetini təmsil edən istedadlı gənclərə Beynəlxalq status daşıyan festivalın müxtəlif   nominasiyalar və janrlar üzrə diplomları təqdim olundu.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gəncə şəhər İcra başçısı Elmar Vəliyev universitetin Millli rəqslər üzrə  I  və II yerə layiq görülən  kollektivlərini, pop musiqisi üzrə (duet ifa) I yeri qazanan Zərrin Mahmudzadə və Kamran Bilalovu, xalq musiqisi üzrə (solo ifa) II yerə layiq görülən Nigar Axundlunu qazandıqları qələbə münasibətilə təbrik edərək xatirə hədiyyəsi təqdim etdilər.
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF