Quba Özəl Türk Liseyinin müdiri Şabran Rayon İcra Hakmiyyətinin Başçısı ilə görüşüb.

Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu Şabran Rayon İcra Hakmiyyətinin Başçısı Novruz Novruzovla  görüşüb. 
Görüş zamanı M. Alagözoğlu liseyin fəaliyyətə başladığı dövrdən təhsildə əldə etdiyi nailiyyətləri  haqqında geniş məlumat verib. 
Liseydə təhsil alan şagirdlər üçün hazırlanmış şəraitdən, ən müasir təhsil texnologiyaları ilə təchiz olunmalarından, məzunlarının TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplayaraq dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirmələrindən, beynəlxalq fənn və layihə olimpiadalarından qızıl, gümüş və bürünc medallar qazanmalarından ətraflı söhbət açıb. 
Rayon İcra Hakimiyyətinin Başçısı N. Novruzov liseyin təhsildə əldə etdiyi uğurlardan məmnun olduğunu bildirib və bu sahəyə rayonda xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib. 
Novruz Novruzov xarici ölkələrə səfərləri zamanı orada təhsil alan Azərbaycanlı tələbələrlə görüşlər keçirdiklərini və bu tələbələrin əksəriyyətinin Azərbaycan-Türkiyə Özəl Liseylərinin məzunları olduğunu və orada ölkəmizi ləyaqətlə təmsil etdiklərini deyib. 
Bundan qürur duyduğunu bildirən İcra Başçısı Quba Özəl Türk Liseyinin pedaqoji kollektivinə təhsildə uğurlar arzulayıb.  

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır