Şahlar Əsgərov Qafqaz Universitetində “Dəyərlərin qiymətləndirilməsi üçün yeni kriteriya” mövzusunda məruzə edib

Şahlar Əsgərov Qafqaz Universitetində “Dəyərlərin qiymətləndirilməsi üçün yeni kriteriya” mövzusunda məruzə edib

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov “Dəyərlərin qiymətləndirilməsi üçün yeni kriteriya” mövzusunda Qafqaz Universitetində məruzə ilə çıxış edib. Qafqaz Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, Universitetinin rektoru, professor Ahmet Saniç seminarı açaraq fəlsəfənin, elmin və təhsilin zəruri əlaqəsindən və bu əlaqənin cəmiyyətin həyatı üçün əhəmiyyətindən danışıb.

Professor Ş. Əsgərov tələbələrə pedaqoqika sahəsində əldə etdiyi nəaliyyətlərdən məruzə edib. O, məruzəsində bir neçə mövzulara toxunub. “Meyyarın əhəmiyyəti”, “Fiziki elektronika”, “Mikro elektronika”, “Təhsil”, “Açar sözlər”, “Qiymətləndirmə modeli” kimi elmi və fəlsəfi başlıqlarda olan mövzulardan danışıb.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru A. Saniç tərəfindən Ş. Əsgərova xatirə plaketi təqdim olunub.
http://www.mia.az/news/20438.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF