ŞƏKİ AZƏRBAYCAN-TÜRKİYƏ ÖZƏL LİSEYİ

Liseyin tədris proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi orta məktəb proqramına əsaslanaraq həyata keçirilir. Lisey Beynəlxalq Keyfiyyətli idarəetmə sistemi (TS EN ISO 9001:2000) sertifikatına malikdir.
 Tədris planına əsasən 7-ci sinifdə şagirdlərə İngilis dili yüksək səviyyədə tədris olunur.  8 və 9-cu  siniflərdə dəqiq fənlər ingilis dilində tədris olunur ki, bu da məktəbi bitirdikdən sonra şagirdlərin xarici ölkələrdə təhsil almalarına  böyük  köməklik  edir.  Liseyin məzunlarına Komputer, İngilis dili və Türk dili fənlərini mənimsəmələri barədə Sertifikat verilir.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində  artıq bir neçə ildir ki, liseydə “Elektron məktəb”  sisteminin istifadəsinə başlanılıb. Liseyin müəllimləri artıq elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından istifadə edirlər. “Elektron məktəb” layihəsi çərçivəsində liseyin  şagirdlərinin valideynləri də bu imkandan yararlana bilirlər.  Beləliklə, sistem üzrə valideynlər əgər internet istifadəçisidirlərsə öz övladlarının qiymətlərini liseyə gəlmədən öyrənirlər.
 Lisey müasir tələblərə cavab verən 200 yerlik yataqxanaya malikdir. Lisey rəhbərliyi tərəfindən yataqxanada qalan şagirdlərin dərsdən əlavə istirahətləri üçün hər cür şərait təşkil edilmişdir. Şagirdlərə gündə üç dəfə Azərbaycan mətbəxinin gözəl yeməkləri təqdim olunur.
Yay tətilini mənalı keçirmələri üçün Oğuz rayonunun Xal-xal kəndində 70 nəfərin istirahət edəbiləcəyi yay düşərgəsi tikilib şagirdlərin istifadəsinə verilmişdir.
Liseydə müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunan Fizika, Kimya və Biologiya labaratoriyası, İngilis dili və Komputer labaratoriyası şagirdlərin istifadəsindədir.
Onu da qeyd edək ki, 2012-2013-cü tədris ilindən etibarən liseyin bütün sinif otaqlarında “Ağıllı yazı taxtaları”ndan istifadə ilə tədrisə start veriləcək.
Liseydə 6500-ə yaxın kitabla zənginləşdirilmiş kitabxana şagirdlərin istifadəsindədir. Dərslər bittikdən sonra şagirdlər qrup rəhbərlərinin nəzarəti ilə növbəti günün dərslərinə hazırlaşırlar.
Ənənəvi olaraq hər il aprel ayında liseyin qəbul imtahanı keçirilir. Qəbul imtahanlarında orta məktəblərin 6-cı sinifində oxuyan oğlan şagirdləri iştirak edirlər. Qəbul imtahanlarında fərqlənən şagirdlər şirkət tərəfindən mükafatlandırılır. Belə ki liseyə qəbul imtahanlarında ilk  11 yeri tutan şagirdlər  liseydə beş il  təhsil haqqı ödəmədən oxuyurlar.     
İndiyədək şagirdlərimiz dünyanın müxtəlif yerlərində keçirilən bilik yarışmalarında doğma Azərbaycanımızı layiqli şəkildə təmsil etmişlər. Dünya olimpiadalarında və layihə yarışmalarında qazandığımız  üç qızıl, dörd gümüş, yeddi bürünc medal, beş dördüncü yer buna bir nümunədir.
Respublika olimpiadalarında şagirdlərimizdən on iki nəfəri qızıl medal, on səkkiz nəfəri gümüş medal,     on dörd nəfəri bürünc medal,  yirmi üç nəfəri isə dördüncü yer tutmuşlar.
     Məzunlarımızın ali məktəblərə qəbul göstəricisi 98% təşkil edir. Hal hazırda 150-ə yaxın məzunumuz təhsilini ABŞ, Almaniya, Çin, Türkiyə, CAR, Rusiya, Kipr, Kanada kimi dövlətlərin ali təhsil ocaqlarında davam etdirirlər.
Şagirdlərimizə və məzunlarımıza yeni-yeni uğurlar arzulayırıq!

Liseyin müdir   
İsmail Özcan
Ünvan: Şəki şəhəri
Fuad Abdurahmanov küç 1.
Tel: (024) 246 00 02  / 246 00 52
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43186

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır