Şəkidəki “Kanal S” Regional Televiziyasinin İcraçı Direktoru litseydə olub

    “Kanal S” Regional Televiziyasının İcraçı Direktoru Rəşad Məmmədov Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində olub. Qonaq əvvəlcə liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası və sosial şəraiti ilə yaxından tanış olub. Liseyin müdiri İsmail Özcan qonağa məktəbin fəaliyyəti və əldə etdikləri nailiyyətləri barədə məlumat verərək bildirib ki, lisey 1994-cü ildən fəaliyyət göstərir. Burada azərbaycanın şimal-qərb bölgəsindən şagirdlər təhsil alır. Məzunlarının 98%-nin ali məktəblərə qəbul olunduğunu deyən İ. Özcan liseyin 150-ə yaxın məzununun təhsilini ABŞ, Almaniya, Çin, Türkiyə, CAR, Rusiya, Kipr, Kanada kimi ölkələrdə  təhsillərini davam etdirdiklərini söyləyib. Şəki Özəl Türk Liseyinə qəbul imtahanındakı yeniliklərdən də danışan İsmail Özcan bildirib ki, ötən illərdəkindən fərqli olaraq bu il aprel ayının 22 də keçiriləcək qəbul imtahanında ilk 11 yeri tutan 6-cı sinif şagirdləri liseydə 5 il ərzində pulsuz təhsil almaq imkanı qazanacaqlar. 

Liseyin uğurlarından, burada şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduğunu bildirən qonaq, liseyin müəllim və şagird kollektivinə təhsildə uğurlar arzulayıb.
Sonda liseyin müdiri qonağa xatirə hədiyyəsi təqdim edib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır