Sumqayıt Şəhər İcra Hakimiyyətində görüş keçirildi

“Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, “Qafqaz” Universitetinin rektoru, professor Ahmet Saniç və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovla görüşüblər. 
Qonaqları səmimiyyətlə qəbul edən İcra Başçısı son illərdə şəhərdə həyata keçirilən abadlıq - quruculuq işlərindən, təhsil müəssisələrinə göstərilən diqqət və qayğıdan, təhsilin səviyyəsinin yüksəldilməsi üçün görülən tədbirlərdən danışıb. 
“Çağ” Öyrətim İşlətmələrinin “Qafqaz Universitetinin Azərbaycan ali təhsil ocaqları sırasında sayılıb seçilən, daima inkişaf edən, bir tədris müəssisəsi kimi yüksək nüfuza malik olduğunu deyib. Sonra Sumqayıtda fəaliyyət göstərən lisey və “Araz” kursunun şəhər təhsilinin inkişafındakı rolundan söhbər açıb. Bu təhsil müəssisələri ilə mütəmadi olaraq əlaqələrinin olduğunu, əldə etdikləri nailiyyətlərindən qürur duyduğunu bildirib. “Çağ”ın bütün tədris müəssisələrinə təhsildə uğurlar arzulayıb. 
Sonra Dr. Enver Özeren səmimi qəbula görə Eldar Əzizova minnətdarlığını bildirərək , ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyət başlayan “Çağ”ın bundan sonra da etimada sədaqətlə fəaliyyətlərini uğurla davam etdirəcəklərini, Azərbaycanda daha savadlı, daha müasir biliklərə malik gənclərin yetişdirilməsində öndə olacaqlarına çalışacaqlarını deyib. Bunun üçün tədris müəssisələrində lazımi şəraitin hazırlandığını söyləyib.
Sonda görüş iştirakçıları Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovla xatirə şəkili çəkdiriblər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır