ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ III BEYNƏLXALQ LAYİHƏ OLİMPİADASININ İŞTİRAKÇILARI İTV-DƏ OLUBLAR

Dünyanın 33 ölkəsindən Olimpiadaya qatılan şagirdlərə Azərbaycan haqqında geniş məlumat verilib
1-5 aprel tarixində Bakıda keçirilən Ətraf Mühitin Mühafizəsi III Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində olublar. Dünyanın 33 ölkəsindən Olimpiadaya qatılan şagirdlərlə görüşən Baş direktor İsmayıl Ömərov onlara Azərbaycan haqqında geniş məlumat verib. Baş direktor qeyd edib ki, Azərbaycan kiçik bir ölkə olsa da çox böyük tarixə və mədəniyyətə malikdir: “Biz dünya sivilizasiyasına böyük töhfələr vermiş bir xalqıq”.
İctimai Teleradio barədə danışan İ.Ömərov maarifçilik xəttinin bütün proqramlarda əsas götürüldüyünü diqqətə çatdırıb: “Hər bir verilişdə qarşıya qoyulan məqsədlərdən biri də auditoriyanın maarifləndirilməsidir. Xarici ölkələrdəki həmkarlarımızla həyata keçirdiyimiz birgə proqramlarda və telekörpülərdə də təhsil faktoru daim ön planda olur. Bununla biz həm də  gənc nəslin sağlam ruhda yetişməsinə önəm vermiş oluruq”.
Ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq olimpiadanın əhəmiyyətini vurğulayan İ. Ömərov tədbirin İctimai Teleradioda yüksək səviyyədə işıqlandırılacağını bildirib.
Sonda Çağ Öyrətim İşlətmələri Şirkətinin idarə rəisi Adəm Unal iştirakçı ölkələrin nümayəndələri adından Olimpiadaya dəstək verdiyi üçün Baş direktor İ.Ömərova minnətdarlığını bildirib. Sonra qonaqlar İctimai Teleradionun studiyaları və departamentləri ilə tanış olublar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır