Universitetlərarası Şahmat yarışı

11 April, 2012 Tələbə İdman Cəmiyyətinin təşkil etdiyi Ali Təhsil Müəssisələri arasında şahmat yarışı keçirildi.Bu mötəbər turnirdə Qafqaz  Universitetini 4 şahmatçı təmsil edirdi: Firuzə Səfərova, Fərhad Pənahov, Asəf Qurbanov və Nihad İbrahimli. 
Tələbələrimiz ilk olaraq Bakı Slavyan Universiteti, Təfəkkür Universiteti, daha sonra Mədəniyyət və İncəsənət Universitetinin şahmatçılarını məğlub edib, öz qrupunda 1-ci yerə layiq görülərək yarım final mərhələsinə vəsiqə qazandı. 
Yarım finalda Qafqaz Universitetinin tələbələri  Memarlıq və İnşaat Universitetinin şahmatçılarına 4-0 hesabı ilə qalib gələrək yarışın final mərhələsinə vəsiqə qazandılar. 
Finalda şahmatçılarımız BDU tələbələrinə 3-1 hesabı ilə məğlub olub, 2-ci yer tutdular.Qeyd etmək lazımdır ki turnirdə 20-yə yaxın Ali Təhsil müəssisələri iştirak edirdi.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır