VI Beynəlxalq Layihə Olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçirilib


 Aprelin 7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində məktəblilərin ənənəvi Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (INEPO-EUROASIA) mükafatlandırma mərasimi keçirilib. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Sonra mərasimi “İNEPO-Avrasiya”  Ekologiya İctimai Birliyinin sədri Arif Gömleksiz beynəlxalq layihə olimpiadası haqqında məlumat verib. O, bildirib ki, biz hamımız Azərbaycanımızın sürətlə, dinamik inkişafının, dünya dövlətləri arasında öz layiqli yerini tutduğunu qürur hissi ilə müşahidə edir, bu inkişafın iştirakçısı olmağımızla fəxr edirik. Son illərdə Azərbaycan Prezidentinin apardığı məqsədyönlü, düşünülmüş, sağlam siyasət sayəsində ölkəmizin regional və qlobal siyasətdə rolu durmadan artır. Azərbaycan bir-birinin ardınca siyasi, iqtisadi, mədəni, elmi, sosial sahələrdə keçirilən müxtəlif  beynəlxalq tədbirlərin ünvanına çevrilir, Azərbaycanın sülhsevər, humanist siyasəti dünyanın diqqətini cəlb edir. Belə tədbirlərdən biri də müasir dünyanın ən ümdə problemlərindən biri olan ekoloji mühitin sağlamlığına yetirilən diqqət və qayğıdır. Hamımız 2010-cu ildə ölkə rəhbəri İlham Əliyev cənablarının ekoloji problemlərin həlli və ekoloji tərbiyə sahəsində imzaladığı sərəncamı yaxşı xatırlayırıq. Məhz həmin sərəncamdan sonra bizim olimpiada fəaliyyətimiz bambaşqa bir məzmun kəsb etməyə başlamışdır. 2007-ci ildə 17 ölkənin iştirakı ilə başlayan olimpiadamız tezliklə genişlənmiş, daha geniş coğrafiyanı əhatə etməyə başlamışdır. Nəticədə bu gün olimpiada iştirakçısı olan dövlətlərin sayı 42-ə çatmış, müvafiq olaraq da iştirakçı şagirdlərin sayı qat-qat artmışdır.
Daha sonra natiq qeyd edib ki, getdikcə ekoloji problemlərin həllində və bu barədə müzakirələrdə Azərbaycanın təsirinin gücləndiyini hiss edirik. Elə son dövrlərdə xanım Leyla İlham qızı Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan İDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası dediklərimizə ən bariz sübutdur.
Olimpiada yarış olduğu üçün heç şübhəsiz, onun qalibləri də olacaqdır. Amma nə yaxşı ki, bu qaliblərin qarşısında məğlublar olmayacaqdır. Çünki dünyanı xilas etmək kimi bir müqəddəs vəzifəni öz çiyinlərinə almış bir insanın əldə etdiyi nə olursa olsun, o, yenə qalibdir. Ona görə də cəsarətlə deyirik ki, bu olimpiadanın nəticəsi hər bir iştirakçının qələbəsi deməkdir.
Çıxışının sonunda natiq, olimpiadanın təşkilatçılarında olan “Çağ” Öyrətim Şirkətitinin 20 illik yubileyini qeyd etdiyini xatırladaraq Təşkilt Komitəmiz adından  “Çağ” Öyrətim Şirkətitini təbrik etdi, Azərbaycanın yeni nəslinin yetişdirilməsi işində iştirakında ona, bütün pedaqoji kollektivlərinə daha böyük uğurlar arzuladı.
Sonda, Təşkilat Komitəsinin sədri məktəblilərin Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının keçirilməsində dəstək olanlara minnətdarlığını bildirib.
 Olimpiadada 42 ölkədən 400-ə qədər iştirakçı yarışıblar. Bu olimpiadada Azərbaycan, Anqola, Mərkəzi Afrika Respublikası, İordaniya, Laos, Yəmən, Litva, Pakistan, Ukrayna, Əfqanıstan, İran, Albaniya, Belarusiya, Hindistan, Gürcüstan, İndoneziya, İraq, Qırğızıstan, Makedoniya, Rumıniya, Slovakiya, Tayland, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Filippin, Vyetnam, Malaziya, Meksika, Şimali Kipr, Monqolustan, Bosniya və Hersoqovina, kimi yaxın-uzaq ölkələrdən gələn şagirdlər qatılıblar.
Olimpiadada azərbaycanın bir sıra dövlət, hökumət, nazirlik, millət vəkilləri,Türkiyənin Azərbaycandakı Səfirliyinin nümayəndələri, idarə, elm və təhsil müəssisələri rəhbərləri və s. iştirak ediblər.  
Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasında qalibləri mükafatlandıran Azərbaycan Təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək bu layihənin həyata keçirilməsində dəstək olan bütün təşkilatlara minnətdarlıq edib. Nazir müavini, bu olimpiadanın təkilatçısı olan “Çağ” Öyrətim İşlətmələrinə və “İNEPO-Avrasiya” Ekoloji İctimai Birliyinə xüsusi təşəkkürünü bildirib. Sonra ”Çağ” Öyrətim İşlətmələrinin Ümummilli Liderimiz Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamasından, öz əqidəsinə sadiq qalaraq Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrlə bərabər bu sahəyə də xüsusi diqqətlə yanaşmasına dəstək olaraq Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasına təşkilatçılıq etməsindən və bu olimpiadanın əhəmiyyətindən danışıb.
Bu olimpiada 291 saylı “Araz” Ekologiya liseyinin şagirdləri Məmməd  Məmmədov, Turan Cabbarlı, “Təfəkkür liseyinin şagirdləri Sadiq Həsənzadə, Tofiq Xıdırov, 6 saylı məktəb liseyin şagirdləri  Hüseyn Məmmədli, Əli Rzayev,  TET gimnaziyasının şagirdləri Şəbnəm Adıgözəlova, Cavidan Fərəczadə qızıl medala layiq görülüblər.
Sumqayıt Özəl Türk Liseyinin şagirdləri Rauf Hüseynli, Nurlan Əhmədov, Qax şəhəri H. Allahverdiyev adına 2 saylı məktəb lisey və Qax “Araz” kurslarının şagirdləri Elmir Muxtarov, Minayə Əhmədzadə, Ordubad Qız Liseyinin şagirdləri Şəhla Cəbrayılova, Bənövşə Qasımova, Şəki şəhər 20 saylı tam orta məktəbin şagirdləri Yusif Mustafayev, Əli Xəlilov, 189 saylı orta məktəbin şagirdi Fəridə İsmayılova, “Qafqaz” Azərbaycan-Türkiyə Gimnaziyasının şagirdi Aytac Abbaszadə, “Təfəkkür” Liseyinin şagirdləri Murat Çobanov, Bəsirə Ağayeva, Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin şagirdləri Kamal Tağızadə, Leyla Hacılı, Yusif Məmmədəliyev adına 31 saylı məktəbin şagirdləri Ramiyyə Əliyeva, Günel Yaqublu, 43 saylı orta məktəb və Dədə Qorqud Özəl Türk Liseyinin şagirdləri Rauf Allahverdiyev, Ramin Abbasbəyli, “Ankara məktəbi” məktəb- liseyinin şagirdləri Ziya Həsənzadə, Rəmziyyə Qarazadə, Quba rayon Xarovşa kənd orta məktəbi və Quba Özəl Türk Liseyinin şagirdləri Vüqar Zeynalov, Pərviz Güləliyev gümüş medala layiq görülüblər.
“Qafqaz” Azərbaycan-Türkiyə Gimnaziyasının şagirdləri Nəzrin Novruzova, Aysel Bəşirzadə, Qaradağ rayon 139 saylı orta məktəbin və Şirvan Özəl Türk Liseyinin şagirdləri Orxan Seyidli, Çinarə Seyidzadə, 20 saylı orta məktəbin və Ağdaş Özəl Türk Liseyinin şagirdləri Cəmil Yusifzadə, Əli Məmmədov, Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdləri Toğrul Şıxlınski və Emin Vəliyev, “İdrak” məktəb liseyi və Sumqayit Özəl türk Liseyinin şagirdləri Elşən Xudiyev, Cavid Tahirli, Tahir Həsənov adına 23 saylı orta məktəbin şagirdləri Firuzə Məmmədova, Əkbər Rəşidov, Mingəçevir şəhər A. Noel adına 13 saylı orta məktəb və Mingəçevir Özəl Türk Liseyinin şagirdləri Zaur Vəlizadə, Elçin İsmayılov,  Sumqayıt şəhər Təbiət Fənləri Təmayüllü Gimnaziyasının şagirdləri Günel Abbasova, Nərmin Xəlilzadə, Şamaxı rayonu 5 saylı orta məktəb və “Qafqaz” Azərbaycan -Türkiyə Gimnaziyasının şagirdləri Jalə Əliyeva, Yaqut Qubatova, 18 saylı orta məktəbin şagirdləri Gülnarə Abdurəhimova, Murad Muradzadə, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri Hafizə Abbaszadə, Qumral Həbibbəyli, Bakı Türk İlköğretim okulunun şagirdləri Ali Hikmet, Mert Faruk  Yesir, Hacıqabul şəhər İ. Ələkbərov adına 1 saylı tam orta məktəbin şagirdləri Zəminə Mustafayeva, Rüstəm Hüseynov, “Zəngi” Liseyinin şagirdləri Fidan Abdullayeva, Rauf Rəhimzadə, 24 saylı tam orta məktəbin şagirdləri Rəşid Behbudov, Həmid Behbudov, 25 saylı tam orta məktəbin şagirdləri Aygün Hüseyova, Rövşən Səfərov, “Tərəqqi” Liseyinin və Bakı Özəl Türk Liseyinin şagirdləri Ünal Həsənli, Elman Əliyev  olimpiadanın bürünc medalı ilə təltif olunublar.
Bununla bərabər ekologiya sahəsində hazırladıqları proqramlara və məqalələrə görə bir qrup qəzet və elektron KİV nümayəndələridə mükafatlandırılıb.
Daha sonra, dünyanın ekoloji vəziyyətindən bəhs edən film nümayiş etdirilib. “Təbəssüm” rəqs ansamblı isə olimpiada iştirakçılarını və qonaqları özünə məxsus bir tərzdə-şən rəqslə salamlayıb.
Adı çəkilən olimpiadada çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə, millət vəkili Yevda Abramov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi Kılıc və “Çağ” Öyrətim İşlətmələrinin prezidenti Dr. Enver Özeren bu olimpiadanın keçirilməsində iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Dövlət Neft Şirkətinə, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və “Çağ” Öyrətim İşlətmələrinə eləcə də “İNEPO-Avrasiya” Ekologiya İctimai Birliyinə minnətdarlıqlarını bildiriblər. Sonra məktəblilərin ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının (INEPO-EUROASIA) Təşkilat Komitəsinin üzvlərinə xatirə hədiyyəsi təqdim edib. 
 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır