İqtisadi İnkişaf Naziri Şahin Mustafayevlə Çağ Öyrətim Şirkətinin rəhbərliyi arasında görüş keçirilib.

16 May, 2012,
 İqtisadi İnkişaf Naziri (İİN) Şahin Mustafayev rəhbərlik etdiyi nazirlikdə nazirliyin rəhbər işçiləri iləbirlikdə  Çağ Öyrətim İşlətmələri şirkətinin rəyasət heyətinin sədri Enver Özereni və Qafqaz Universitetinin  rektoru professor  Ahmet Saniç ilə görüş keçirilib. Görüş zamanı rəhbərlik etdiyi şirkət haqqında bəhs edən  Çağ Öyrətim İşlətmələri şirkətinin rəyasət heyətinin sədri Enver Özeren Çağ Öyrətim şirkətinin qurulma tarixindən, Qafqaz Universitetinin fəaliyyətindən geniş məlumat verdi. Enver Özeren “Çağ Öyrətim və Qafqaz Universiteti ümummilli lider Heydər Əliyevin əsəridir. O, uca insan Türkiyə təhsil modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə Çağ Öyrətim İşlətmələri şirkətinin fəaliyyətə başlamasına təkan vermişdir” Çağ Öyrətim şirkəti də  Ulu öndərin bu etimadına sədaqətlə xidmət edir və edəcəkdir” söylədi. Sonra söz alan Qafqaz  Universitetinin rektoru Ahmet Saniç universitetin  həyata keçirdiyi yeni lahiyələrdən bəhs etdi. Sonra İqtisadi İnkişaf Naziri (İİN) Şahin Mustafayev Çağ Öyrətim İşlətmələri şirkəti və Qafqaz Universiteti haqqında günbəgün artan nüfuzu barədə geniş məlumata sahib olduğunu bildirdi. “Sizin fəalliyətlərinizi izləyirəm, beynəlxalq olimpiadalarda tutduğunuz yerlərdən, keçirdiyiniz olimpiadalardan, beynəlxalq konfraslardan məlumatlıyam və tutduğunuz bu müqəddəs yolda sizə uğrlar arzulayıram” dedi. Sonra İqtisadi İnkişaf Nazirliyi, Çağ Öyrətim İşlətmələri şirkəti və Qafqaz Universiteti arasında əməkdaşlıqlar barədə müzakirələr aparıldı. Müzakirələr zamanı səslənilən mövzular bunlardır: Texno parkların yaradılması, Mərmərə Universiteti, İqtisadi İnkişaf Nazirliyi və Qafqaz Universiteti birgə doktorantura pilləsində mütəxəssislər hazırlamaq, birgə konfranslar keçirmək, iş dünyası ilə əlaqəli proqramlar keçirmək barədə müzakirələr aparıldı.
Qafqaz universiteti mətbuat xidməti.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır