“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının Şagirdləri Amerikadan qızıl medalla qayıtdılar

Mayın2-7 də Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində  məktəblilərin Enerji  Beynəlxalq Layihə Olimpiadasi (ISEEEP) keçirilib. Azərbaycanı olimpiadada  “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının  2 müəllim və 2 şagirddən ibarət  komanda ətraf mühit kateqoriyasında təmsil edib. Olimpiadada dünyanın 68 ölkəsindən, eləcə də ABŞ-ın 44 ştatından 500 məktəbli istirak edib. Onlardan 220 nəfəri münsiflər heyəti tərəfindən dinlənilib. Toplanılan balların ümumi nəticəsinə görə “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdləri Fidan Həsənzadə və Aytən Məhəmməliyevanın təqdim etdiyi layihə birinci olaraq olimpiadanın qızıl medalına və diplomlara layiq görülüb. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF