Qafqaz Universitetində “Azərbaycanda İKT-nin inkişafı” mövzusunda seminar olmuşdur

Bakı, 11 may (AzərTAc). Mayın 11-də Qafqaz Universitetində “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı” mövzusunda seminar olmuşdur.
AzərTAc xəbər verir ki, seminarda universitetin rektoru, professor Əhməd Saniç görkəmli dövlət xadimi Heydər Əliyevin informasiya-kommunikasiya texnologiyalarının inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
“Aztelekom” İstehsalat Birliyinin (İB) baş direktoru Məhəmməd Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırmışdır.
Müasir dünyada İKT-in mühüm rolunu xatırladan “Aztelekom” İB-in baş direktoru ölkəmizdə bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışmışdır.
Rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verən M.Məmmədov sonra iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
http://www.azertag.com/node/951719

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF