Qafqaz Universitetində “Azərbaycanda İKT-nin inkişafı” mövzusunda seminar olub

Qafqaz Universitetində “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı” mövzusunda seminar olub. Qafqaz Universitetində SİA-ya verilən xəbərə görə, seminarda universitetin rektoru, professor Əhməd Saniç görkəmli dövlət xadimi Heydər Əliyevin informasiya-kommunikasiya texnologiyalarının inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

“Aztelekom” İstehsalat Birliyinin (İB) baş direktoru Məhəmməd Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb. Müasir dünyada İKT-in mühüm rolunu xatırladan “Aztelekom” İB-in baş direktoru ölkədə bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verən M.Məmmədov sonra iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sonra Qafqaz universitetinin rektoru qovağa günün xatirəsi olaraq plaket təqdim edib.
əlavə edilmə : 14-05-2012 17:41
Könül Kamilqızı
http://www.sia.az/index.php?action=static_detail&static_id=223591 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF