Qafqaz universitetində Biznes Forumun çərçivəsində “Biznes Məsələləri Yarışı” keçirildi.



May ayının 12-də Qafqaz Universitetində Biznes Forumun çərçivəsində “Biznes Məsələləri Yarışı” (Business Case Competition) keçirilmişdir. Qafqaz universitetinin müxtəlif kafedralarından olan tələbələrdən təşkil olunmuş beş komanda tərəfindən “Google”, “Dell”, “Jet Blue Airlines”, “Krispy Kream” və “Wholefoods Market” kimi beynəlxalq şirkətlərin biznes strategiyalarının təhlili ilə əlaqədar təqdimat edilmişdir.
Qafqaz Biznes Formu Qafqaz Universitetinin Maliyyə, Dünya İqtisadiyyatı və Biznesin  İdarəedilməsi  bölmələrinin yüksək motivasiyalı və istedadlı tələbələrindən qurulmuş tələbə təşkilatıdır. Biznesin  İdarəedilməsi  bölməsinin baş müəllimi Adiljan Abdurazzak tərəfindən keçirilən həftəlik treyninqlərdən əlavə olaraq üzv tələbələr biznes sektoru və təhsil sektorundan yerli və xarici mütəxəssislərin iştirakı ilə seminarlara qatılırlar.
Qafqaz Biznes Formu ilə əməkdaşlıq etmiş mütəxəssislərin sırasında “Aslan Qlobal” adlı Boston konsaltinq qrupunun (ABŞ)  baş icraçı direktoru, BP  Azərbaycan şirkətinin İnsan Resurları Şöbəsinin nümayəndəsi, Turizmin İdarəedilməsi üzrə Pretoria Universiteti  (Cənubi Afrika) və Əməliyyatların İdarəedilməsi üzrə Kaliforniya Dövlət Universiteti professorlarının adlarını  qeyd etmək olar.
Yarış sonunda fəal iştirakçıları müxtəlif şirkətlərdə məvacibli təcrübə keçmək və karyera imkanları əldə etmək kimi təkliflər aldılar. 
Müsabiqə iştirakçıları Çinici Geyim  və Süvari Geyim şirkətləri tərəfindən mükafatlandırılmışdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF