Qafqaz Universitetində “İnkişaf, birlik və Məhdumqulu Fəraqinin şeir günləri” mövzusunda tədbir keçirilib



Səhiyyə / Təhsil
Qafqaz Universitetində “İnkişaf, birlik və Məhdumqulu Fəraqinin şeir günləri” mövzusunda tədbir keçirilib. Universitetin mətbuat xidmətindn SİA-ya verilən xəbərə görə, Böyük türkmən şairi və mütəfəkkiri Məhdumqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan tədbir Türkmənistanın Azərbaycandakı səfirliyi və Qafqaz Universiteti tərəfindən təşkil edilib. Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan, Türkiyə və Türkmənistanın tarixi birliyindən danışıb. Böyük türkmən mütəfəkkiri Məhdumqulu Fəraqinin ədəbiyyata, mədəniyyətə dəyərli töhfələr verdiyini qeyd edən rektor şairin ədəbi irsinin əhəmiyyətini vurğulayıb.

Türkmənistanın Bakıdakı səfiri Toyli Komekov ölkəsi ilə Azərbaycan arasında ədəbi əlaqələrdən bəhs edib. Türkmənistanın iqtisadiyyatı, mədəniyyəti barədə danışan səfir, eyni zamanda tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Çıxış edən alim və mütəxəssislər Məhdumqulu Fəraqinin ömür yolundan, zəngin ədəbi yaradıcılığından danışıblar. Məhdumqulu Fəraqi 1733-cü (digər məlumata görə 1724-cü) ildə Türkmənistanın Ətrək vilayətində Kümbəzhovuzun şərqindəki Hacıqovşan adlı yerdə, başqa bir məlumata görə, Qızılbayır (indiki Şarlavuk) obasında türkmən ədəbiyyatının klassiki Dövlətməmməd Azadinin ailəsində doğulub. Məhdumqulu o zaman Orta Asiyada ən nüfuzlu təhsil müəssisəsi sayılan “Şirqazi” mədrəsəsində oxuyub. Buxara mədrəsəsinin məzunu olan Məhdumqulu burada münbit elmi-ədəbi mühitə düşmüş, Şərqin böyük alimlərinin elmi-fəlsəfi irsi ilə tanış olub. Məhdumqulu Türkmənistanın mənəvi qurucularından biri, bütün könüllərin şairidir. O, misilsiz söz ustası, sufi-ozan olmaqla yanaşı, müdrik filosof, ağıllı məsləhətçi, türkmənlərin ruhi dünyasının nurudur. Şair insanları daim vətənpərvərliyə, xeyirxahlığa çağırıb.
əlavə edilmə : 19-05-2012 01:09
Könül Kamilqızı
http://www.sia.az/index.php?action=static_detail&static_id=224955 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF