Qafqaz Universitetində növbəti aylıq seminar keçirilib

00:31 / 15.05.2012
Qafqaz Universitetində növbəti aylıq seminar keçirilib. Universitetin rektoru Ahmet Saniç bildirib ki, bu tədbirlər artıq ənənə halını alıb. Hər ay universitet rəhbərliyinin dəvəti ilə Azərbaycanın tanınmış alimləri, səfirlər, ictimai xadimlər tələbələrin görüşünə gələrək onları maraqlandıran mövzular ətrafında çıxış edir, sualları cavablandırırlar. Budəfəki seminarın mövzusunun “Azərbaycan və İKT” olduğunu deyən rektor bildirib ki, mühazirəçi qismində tələbələrin görüşünə texnika elmləri namizədi, Aztelekom İstehsalat Birliyinin baş dirtektoru Məhəmməd Məmmədov gəlib. Rektor Qafqaz Universitetinin tələbələrinə İKT ilə bağlı geniş tədris proqramlarının tətbiq olunduğunu söyləyib. Daha sonra çıxış edən Məhəmməd Məmmədov bildirib ki, ölkəmizdə bu sahənin inkişafı əsasən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda kosmik sənaye və İKT yeniliklərinin tətbiqinə geniş diqqət ayrılıb. Müstəqil Azərbaycan son illərdə İKT sahəsində böyük nailiyyətlər əldə edib. İnformasiya Texnologiyaları ilə bağlı Azərbaycanda bir sıra dövlət proqramları qəbul edilib. “Azərbaycanda kosmik sənayenin yaranması və inkişafına haqqında” dövlət proqramından danışan M.Məmmədov bildirib ki, yaxın zamanlarda Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi sərəncamları əsasında kosmosa mili peykimiz buraxılacaq. Məhz bu addım öldkədə İKT sahəsinin daha geniş inkişafına yeni nəfəs gətirəcək. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə də danışan baş direktor bildirib ki, Aztelekom İstehsalat Birliyi hazırda ölkə vətəndaşlarına beynəlxalq və şəhərlərarası xidmətlər, 107 sifarişli beynəlxalq və şəhərlərarası xidmətlər, data və internet, videkonfrans xidmətləri və s. göstərir. Texnika elmləri namizədi Azərbaycanda internet fəaliyyəti, mobil rabitənin yaranması və indiki durumu və s. barədə də geniş məruzə ilə çıxış etdi. Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırdı. Qonağa Qafqaz Universitetinin fəxri plaketi təqdim edildi.
Sevinc QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=44038

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF