Qax Araz Kursları: UĞURLARIMIZ TƏSADÜFİ DEYİL!

UĞURLARIMIZ TƏSADÜFİ DEYİL!
Ali məktəblərə qəbul olmaq üçün abituriyentlərə orta məktəbdə əldə etdikləri bilik və bacarıqlarını xüsusi hazırlıqla yenidən möhkəmləndirmək və artırmaq lazım gəlir. Bunun üçün onlar daha çox hazırlıq kurslarına müraciət edirlər.Bu sahədə ölkədə abituriyentlərin ən çox üz tutduqları yer “Araz  Kurslarıdır”. 

Respublikamızdakı 13 kursdan biri də Qax şəhərində uğurla fəaliyyət göstərir.  Kursumuzda Qax ilə yanaşı, Şəki, Balakən, Oğuz və digər rayonlardan gələn abituriyentlər təhsil alırlar. Uğurlarımız böyükdür. Təkcə onu demək kifayətdir ki, 2010-2011-ci tədris ilində Qax Araz kurslarından ali məktəblərə qəbul olan abituriyentlərin 16 nəfəri 600-dən yuxarı bal toplamışlar.Müəssisəmizin qazandığı uğurlar burada çalışan peşəkar müəllimlərimizin fədakar əməyinin nəticəsidir. 2003-cü ildən bəri hər il  qəbul imtahanlarında Qax birinciləri çıxaran kursumuzun əsas məqsədi respublika birincisi, prezident təqaüdçüləri yetişdirməkdir. Bu 8 il ərzində 93 nəfər 600-dən yuxarı bal toplamış, 19 nəfər isə prezident təqaüdünə layiq görülmüşdür.
Bilik və bacarıqlarını artırmaq istəyən hər bir 8, 9 və 10-cu sinif şagirdi kursumuzun təşkil etdiyi qəbul imtahanlarında iştirak etməklə və lazım olan balı toplamaqla, bizdə oxumaq arzularını reallaşdıra bilər. Kursa qəbul imtahanlarında hər sinifdən və qrupdan ilk  yerləri tutanlara kursda oxuyacağı təqdirdə təhsil haqqından bir sıra güzəştlər olunur.
Növbəti dərs ili üçün keçirilən qəbul imtahanlarının nəticələrinə dair yüksək bal toplayan şagirdlərin mükafatlandırma mərasimi keçirildi. Bu tədbirdə 8,9 və 10-cu siniflərin hər qrupu üzrə 10 şagird olmaqla cəmi 120 şagird sertifikatlarla mükafatlandırıldılar. Bu şagirdlər həm də kursumuzda güzəştli təhsil almaq hüququ qazanmış şagirdlərdir.
Dinləyicilərimizə qəbul imtahanlarında uğurlar arzulayırıq!
Qax Araz Kurslarının müdiri
Həsən Həsənov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF