Ağdaş rayon ziyalıları “Goden Climate” İnternational Environmental Layihə Olimpiadası qaliblərini təbrik edib

İyunun 8-9 da Kenyada keçirilmiş “Goden Climate” İnternational Environmental Layihə Olimpiadasından 8 bürünc medal qazanmış Ağdaş Özəl Türk liseyinin şagirdləri 8-ci sinif şagirdi Şamil Çöpsiyevi, 9-cu sinif şagirdləri Tahir Hacıyevi, Həsən Məmmədovu, Sakin Fərzəliyevi, Məhəmməd Rüstəmlini, 10-cu sinif şagirdləri Firudin Davudzadəni, Əli Məmmədovu və Elmir Novruzzadəni Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini Aynur xanım Novruzova, rayon  Məhkəməsinin sədri Mübariz Məmmədov, Məhkəmənin Hakimi Nəsrullah Əliyev, rayon Prokuroru Mirələkbər Seyidov, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ağdaş rayon Polis şöbəsinin rəisi Telman Ağasiyev qəbul ediblər.
Şagirdləri məmnuniyyətlə qəbul edən ziyalılar, əvvəlcə məktəbliləri ölkəmizdən uzaqlarda keçirilən bilik yarışlarında, olimpiadalarda layiqincə təmsil edərək medallar əldə etdiklərinə görə təbrik ediblər və bundan qürur duyduqlarını bildiriblər. 
Şagirdlərə gələcək təhsillərində daha yeni-yeni nailiyyətlər arzulayıblar.  

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF