Bu il Qafqaz Universitetini 430-dən çox məzun bitirir


Bu il Qafqaz Universitetini 430-dən çox məzun bitirir

21 June, 2012, baxılıb - 22 dəfə
Bakı, 21 iyun (AzərTAc). Qafqaz Universitetində 2011/2012-ci tədris ilinin məzunları ilə görüş olmuşdur.
“İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri də iştirak etmişlər.
AzərTAc xəbər verir ki, görüşdə universitetin rektoru, professor Əhməd Saniç ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən danışan rektor tələbələrin müvafiq sahədə və beynəlxalq olimpiadalarda qazandıqları nailiyyətləri diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, bu il universiteti 427 məzun bitirir.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən və digər çıxış edənlər də məzunları təbrik etmiş, onları doğma Vətənə və xalqa ləyaqətlə xidmətə çağırmışlar.
Təhsildə yüksək nailiyyətlər qazanan məzunlara hədiyyələr təqdim olunmuşdur.
Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır.
http://www.azertag.gov.az/node/970344

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF