“Karyerada ilk addım” adlı əmək sərgisi təşkil olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qafqaz Universiteti iyunun 22-də “Karyerada ilk addım” adlı əmək sərgisi təşkil edəcək.
Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, sərgidə dövlət və özəl sektora aid 100-dən çox təşkilatın iştirak edəcəyi gözlənilir:

“Əmək yarmarkalarının keçirilməsi artıq ənənə halını alıb. Qafqaz Universitetində əmək yarmarkası ötən tədris ilində də təşkil olundu və əmək sərgisində 100-dək şirkət və müəssisə ümumilikdə 700-dək vakant iş yeri təklif etdilər”.

Qurumdan bildirildi ki, sabah təşkil ediləcək “Karyerada ilk addım” adlı əmək yarmarkasına bütün məzun və tələbələr dəvətlidir.

Mirvari Kamilqızı
Gün.Az
http://gun.az/social/42061

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır