Əli Həsənov Qafqaz Universitetində məruzə edib


08.06.2012 | 11:03

İyunun 7-də Qafqaz Universitetində aylıq seminar keçirilib.


Qafqaz Universitetinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, rektor, professor Ahmet Saniç seminar iştirakçılarını salamladıqdan sonra bildirib ki, belə aylıq seminarlar artıq ənənə halını alıb: “Hər ay bizizm dəvətimizlə Azərbaycanın və dünyanın tanınmış alimləri, səfirlər, ictimai xadimlər tələbələrin görüşünə gələrək onları maraqlandıran mövzular ətrafında çıxış edirlər, tələbə və müəllimlərin suallarını cavablandırırlar. Bu dəfəki seminarın məruzəçisi Azərbaycanın Baş nazirinin müavini Əli Həsənovdur”.

Sonra Ə. Həsənov “Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” mövzusunda məruzə edib. O, ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən bəhs edib.

Çağ Öyrətim şirkətinin sədri Enver Özeren Qafqaz Universitetinin təklifini qəbul edib gəldiyi üçün Ə. Həsənova təşəkur edib.
Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb. Qonağa Qafqaz Universitetinin fəxri plaketi təqdim edilib.

Nigar Məmmədli

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF