Qafqaz Universitetində məzuniyyət gecəsi keçirildi


  Qafqaz Universitetində məzuniyyət gecəsi keçirildi


Qafqaz Universiteti 20 illik fəaliyyəti dövründə bu gün 15-ci buraxılışını qeyd edir. Bu gün universitetdə 2012-ci il məzunlarına həsr olunmuş “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında təntənəli məzuniyyət gecəsi keçirildi. Məlumat üçün bildirək ki, 1993-cü ildə fəaliyyətə başlayan universitetimiz bu il mühəndislik fakültəsindən 46, iqtisadiyyat və idarəetmə fakültəsindən 135, Pedaqoji fakültəsində 146 və magistratura pilləsində isə 100 tələbə olmaqla cəmi 427 tələbəsini məzun verir.

Qafqaz Universitetinin tələbələri 2011/2012-ci tədris ilində bir çox nailiyyətlərə imza atmışlar. Belə ki, 29 aprel 2012-ci il tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə «Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş» «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası»nda tələbələrimiz komanda şəklində I və III yerləri tutmuşlar. 5-6 may 2012-ci il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində təşkil olunmuş “Vekua Kuboku” Proqramlaşdırma üzrə Beynəlxalq proqramlaşdırma müsabiqəsində isə tələbələrimiz II və III dərəcəli diplomlara layiq görülmüşlər.
11-13 may 2012-ci il tarixlərində Azәrbaycan Respublikası Tәhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi "Ali məktəb tələbələrinin XVII Respublika fənn olimpiadası”nda Qafqaz Universiteti 16 dərəcə alaraq 36 ali təhsil müəssisəsi arasında 2-ci yeri tutmuşdur.
Bu gün Qafqaz Universitetində keçirilən “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında təntənəli məzuniyyət gecəsində çıxış edən rektor Ahmet Saniç bildirdi ki, bu ali təhsil ocağı ümummilli lider Heydər Əliyevin əsəridir. O, uca insan Türkiyə universitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına təkan vermişdir” .Ahmet Saniç çıxışında bir dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürür duyduğunu dilə gətirdi. Sonra valideyinlərə , müəllim heyətinə, məzunlara ürək sözlərini bildirən rektor dedi: “ Əziz valideyinlər ! Minbir zəhmətlə böyüdüb yetişdirdiyiniz və beş il əvvəl Qafqaz ailəsinə təslim etdiyiniz övladlarınız yüksək bilik bacarıq vətən sevgisi ilə dolu məzunlar artıq canımız qədər sevdiyimiz, Azərbaycanımızın keşiyindədirlər. Siz övladlarınızla fəxr edə bilərsiniz” . Rektor müəllim heyətinə müraciətində bunları dedi :
“Hörmətli – müəllim heyəti! Bugün çəkdiyiniz zəhmətin bəhrəsi artıq məzun adı alaraq həyat məktəbinə yola salırıq . Hədəfinizi bilirəm bir dünya üniversiteti olma yolunda sürətlə irəlləyirsiniz. Qafqaz Universiteti 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləriylə qürur duymaqdadır.”
Sevgili məzunlarımız ! Bu gün burada məzun gecəsi keçirməmizin səbəbi sizlərsiniz. Bizlər sizləri sabahlara hazırlayırıq. Əziz gənçlər! dünya küçüldü, bir kənd halına gəldi. Elm insanın xəyal etdiklərindən də çox sürətlə irəliləyir. Bu gün dünənin dünyasında yaşamırıq. Sabah isə bu günün dünyasında yaşaya bilmərik. Elmi biliklərimizi birləşdirib daha gözəl naliyyətlər əldə edək .O zaman daha savadlı olacağıq. Bu düşüncə ilə sizi həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun.
Çağ Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən isə çıxışında universitetdən indiyəcən məzun olmuş gənclərin işlədiyi müəssisələrdən hər zaman gözəl xəbərlər eşitdiyini söyləyərək bu ilki məzunlara ölkəmizin gələcəyi üçün əlindən gələni əsirgəməyən, müasir, bilikli, insanlığa faydalı olmalarını arzu etdi.
Ənənəvi olaraq Qafqaz universitetində bölmə birincilərinə xatirə hədiyyəsi və təşəkkürnamə ,fakultə və universitet birincisinə isə xatirə plaketi verildi. Eyni zamanda 2011-2012 tədris ilində beynəlxalq və respublika olimpiyadalarında fərqlənən tələbələrə xatirə hədiyyəsi verildi. Sonra tədbir bədii hissə ilə davam etdirildi .
http://www.mia.az/news/21477.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır