Qafqaz Universiteti ilə Türkiyənin Hitit Universiteti arasında memorandum imzalanıb

Türkiyənin Hitit Universitetinin rektoru Prof.Dr. Reha Metin Alkan Azərbaycana səfəri zamanı bir neçə ali təhsil müəssisələrini ziyarət edib.
Rektor Qafqaz Universitetinin də qonağı olub və anlaşma memorandumu imzalanıb. Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, memorandumun mahiyəti tərəflər arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaqdır. Memorandumu Qafqaz Universitetinin rektoru Ahmet Saniç və Türkiyənin Hitit Universitetinin rektoru Prof.Dr. Reha Metin Alkan imzalayıb. Görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Türkiyə ilə Azərbaycanın dost və qardaş ölkə olduğunu bildirib. Türkiyənin Hitit Universitetinin rektoru Prof.Dr. Reha Metin Alkan isə deyib ki, rəhbəri olduğu ali təhsil müəssisəsi Türkiyənin tanınmış və populyar universitetlərindən biridir. Bu təhsil ocağı hər il minlərlə məzun buraxır ki, həmin məzunlar ölkədə və ölkə xaricində Türkiyə üçün önəmli işlər görürlər.

Çıxışının sonunda rektor qeyd edib ki, Qafqaz Universiteti ilə əlaqələri daha da genişləndirməyə çalışacaq.

Görüşün sonunda qonağa Qafqaz Universitetinin rektoru Ahmet Saniç tərəfindən universitetin Günün anısına xatirə Plaketi təqdim olunub.

Nigar Məmmədli

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF