“Qafqaz”da əmək yarmarkası keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Məşğulluq İdarəsi və Qafqaz Universiteti Karyera Planlama Mərkəzi “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirilib. Qafqaz Universitetində təşkil olunmuş tədbirdə 100-ə yaxın işəgötürən (onlardan onu dövlət müəssisəsidir) müəssisə və təşkilat iştirak etdiyi tədbirdə 700-ə yaxın iş yeri təqdim olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç tədbirin açılışında iştirak edib, təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri, onların tələbə və məzunların aldıqları ixtisaslar və gələcək karyeraları baxımından münasib olması və s. ilə tanış olub, tədbirdə iştirak edən işəgötürənlər, həmçinin tələbə və məzunların tədbir barədə fikir və rəylərini öyrəniblər.
KİV-ə müsahibəsində nazir F. Ələkbərov son illərdə aktiv məşğulluq tədbirlərinin artıq ənənə halını aldığını və bu tədbirlərin müsbət nəticələr verdiyini, hər il yalnız belə tədbirlər nəticəsində 600-700 gəncin münasib iş yerləri ilə təmin olunduğunu qeyd edib. Nazir bildirib ki, gənclərin malik olduqları qabiliyyət və bacarıqlarını cəmiyyətə təqdim edə bilməsi onların gələcək karyerasının inkişafı üçün vacib şərtlərdən biridir. Onun sözlərinə görə, belə aktiv məşğulluq tədbirləri bütün ali təhsil müəssisələrində təşkil olunacaq.
Qeyd edək ki, məzunların iş probleminin həllində böyük rol oynayan bu yarmarkalar “Qafqaz”da 2008-ci ildən etibarən həyata keçirilir və hər il yüzlərlə vakant yer elan olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qafqaz Universitetinin birgə layihəsi olan “Karyerada ilk addım” devizi altında baş tutmuş əmək yarmarkalarında 396 işəgötürən təşkilatlar işaxtaran və işsiz vətəndaşların ixtiyarına 2721 boş vakant iş yerləri təqdim etmişlər. Tədbirlərdə iştirak etmiş işaxtaran vətəndaşlardan 622 nəfərə göndəriş verilmiş, 246 nəfəri münasib işlə təmin edilmişdir.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43996

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır