Tahir Rzayev: “Türk dili dünyanın əsas dillərindən birinə çevrilib”


 

Millət vəkili türk dilinin sürətlə inkişaf etdiyini və beynəlxalq istifadə arealını genişləndirdiyini deyib.
Gün.Az xəbər verir ki, 10-cu Beynəlxalq Türk dili Olimpiadasının mükafatlandırma mərasiminə qatılan  T.Rzayev bu fikirləri Türkiyənin “Cihan” İnformasiya Agentliyinə açıqlamasında bildirib.

Azərbaycanlı millət vəkili Türk dilinin xarici ölkələrdə böyük populyarlıq qazanmasını Türkiyənin sürətli inkişafı ilə əlaqələndirib:

“Bu kimi amillər Türk dilinin yayılma coğrafiyasını xeyli genişləndirib. Ona görə də, əminliklə demək olar ki, Türk dili əsas beynəlxalq dillərdən birinə çevrilib. Bu Olimpiada da Türk dilinin təbliği baxımından böyük əhəmiyyət daşıyır”.

A.Zeynalov
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF