X Beynəlxalq Türk- dili Olimpiadasının təqdimat mərasimi keçirildi- FOTO


Bakı Özəl Türk liseyində X Beynəlxalq Türk - dili olimpiadasında iştirak etmiş Azərbaycan komandasının qazandığı naliyyətlərin ictimaiyyətə və medyaya təqdimat mərasimi keçirildi.
Tədbir Azərbaycan-Türkiyə Özəl Liseylərinin baş idarə rəisi Mesut Kurnazın çıxışı ilə başladı. Mesut Kurnaz bildirdi ki, Beynəlxalq Türk Dili Olimpiadası 2003-cü ildən etibarən Türkiyədə keçirilir və Beynəlxalq Türk Dili Olimpiadasının məqsədi türk dilinin - türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada əhatəli şəkildə tanınmasına və yayılmasına nail olmaqdır. Bu olimpiada hər zaman beynəlxalq arenada da medianın və ictimaiyyətin diqqət mərkəzindədir.
Mesut Kurnaz çıxışında bu il 135 ölkədən 1500 şagirdin iştirakı ilə 10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasının final mərhələsi 30 may - 14 iyun 2012-ci il tarixlərində Türkiyənin 45 müxtəlif şəhərində 67 proqram təşkil olunduğunu, O cümlədən İzmir Atatürk stadionunda 200 min nəfər tamaşaçının iştirakı və Olimpiadanın rəsmi bağlanma mərasimi İstanbul Türk Telekom stadionunda 100 min nəfər tamaşaçının iştirakı ilə təşkil olunduğunu söylədi.
X beynəlxalq Türk-dili Olimpiadası ilə bağlı Türkiyə mətbuatında 2521 xəbər yayınlandı və bu da Türkiyənin tarixində yeni rekord olaraq yazıldı. Həmçinin Türkiyənin 45 televiziya kanalının müxtəlif proqramlarında olimpiadanın gedişatı işıqlandırıldı.
Onu da qeyd edək ki, Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gül Olimpiada iştirakçılarını Prezident İqamətgahında qəbul edib. 
Bu il İstanbul Sərgi Mərkəzində təşkil olunmuş sərgidə ən böyük stend Azərbaycana ayrılmışdı. Eyni zamanda proqram çərçivəsində bir çox dövlət adamlarının və rəsmilərin də iştirak etdiyi xüsusi Azərbaycan şənliyi keçirildi. Azərbaycanlı şagirdlər öz məharətlərini və Azərbaycan mədəniyyətini yüksək səviyyədə nümayiş etdirdikləri proqramdan qonaqlar böyük məmnunluq hissi ilə ayrıldılar. Olimpiadanın final mərhələsi Türkiyənin Baş Naziri Recep Tayyip Erdoğanın iştirakı ilə keçirildi.
Türk dili olimpiadası yazı, danışıq, qrammatika, mahnı, şeir, xüsusi istedad, xalq rəqsləri və digər nominasiyaları əhatə edib.
Bakı Özəl Türk liseyində keçirilən təqdimat mərasimində YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail Rayon Təşkilatının sədri, professor Zahid Qaralov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli və Millət vəkili Azər Badamov iştirak edib.
“Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Enver Özeren öz çıxışında Azərbaycanın tanıtım stendinin də qızıl medala layiq görüldüyünü deyib. Daha sonra o bildirib: “Bu olimpiadanın əhatə dairəsi ildən-ilə genişlənir. Əgər 10 il əvvəl bu tədbirə 17 ölkə qatılmışdısa, 2012-ci ildə onların sayı 135 oldu. Bu gün 150 ölkədə Türkiyənin məktəbləri fəaliyyət göstərir. Sevindirici hal odur ki, bu məktəblərin birincisinin xeyir-duasını ümummilli lider Heydər Əliyev verib. Bu mənada deyə bilərəm ki, bu təntənənin əsası Azərbaycanda qurulub”.
 Olimpiadada bu il Azərbaycanı təmsil edən şagirdlərimiz 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal qazanmışlar.
10 il müddətində isə Azərbaycanı təmsil edən şagirdlərimiz 35 qızıl, 48 gümüş, 20 bürünc medal əldə ediblər.



Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır