30 Temmuz 2012 Pazartesi

2012-ci ildə ən reytinqli ali məktəblər – SİYAHI


Milli.Az-ın məlumatına görə, Day.Az saytı TQDK-ya istinadən xəbər verir ki, 2012-ci ildə ən reytinqli ali məktəb Prezident yanında Dövlət İdarəçilik Akademiyası olub. Yüksək hazırlıqlı abituriyentlərin bu təhsil ocağına marağı çoxdur. Bu akademiyaya daxil olan tələbələrin əksəriyyətinin topladıqları bal 600-dən yuxarı olur.
Azərbaycan Tibb Universiteti isə ikinci yerdədir. Üçüncü yerdə Qafqaz Universiteti dayanır. Bu universitetinin reytinqi ötən illərdə də yüksək idi.
Beləliklə, 2012-ci il üçün Azərbaycan ali məktəblərinin reytinq cədvəlini təqdim edirik:
http://telebe.az/%C9%99n-reytinqli-ali-m%C9%99kt%C9%99bl%C9%99ri-siyahi/
S/s Ali məktəbin adı Reytinq balı
1 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 7393
2 Azərbaycan Tibb Universiteti 5945
3 Qafqaz Universiteti 3674
4 Azərbaycan Dillər Universiteti 3518
5 Azərbaycan Dövlət Neft Akademiyası 3394
6 Bakı Dövlət Universiteti 3274
7 Azərbaycan Turizm Universiteti 2814
8 Azərbaycan Dövlət İqtisad Universiteti 2683
9 Naxçıvan Dövlət Universiteti 2650
10 Bakı Slavyan Universiteti 2231
11 Milli Aviasiya Akademiyası 2041
12 Azərbaycan Dövlət Pedaqoji Universiteti 1916
13 Memarlıq və İnşaat Universiteti 1569
14  Gəncə Dövlət Universiteti 1554
15 Azərbaycan Texniki Universiteti 1501
16  Azərbaycan Müəllimlər İnstitutu 1323
17  Naxçıvan Müəllimlər İnstitutu 1278
18 Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə) 1200
19  Sumqayıt Dövlət Universiteti 1121
20  Lənkəran Dövlət Universiteti 1117
21  Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti 1065
22 Mingəçevir Politexnik İnstitutu 999
23 Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 968
24 Xəzər Universiteti 948
25 Azərbaycan Kooperasiya Universiteti 919
26 Naxçıvan Özəl Universiteti 879
27 Bakı Biznes Universiteti 869
28 Bakı Qızlar Universiteti 819
29 Qərb Universiteti 807
30  Azərbaycan Texnologiya Universiteti (Gəncə) 764
31  “Azərbaycan” Universiteti 756
32  Bakı Asiya Universiteti 756
33 Azərbaycan İctimai-Siyasi Universiteti 754
34 “Odlar Yurdu” universiteti 732
35  Təfəkkür Universiteti 731
36  Bakı Avrasiya Universiteti 717

Azərbaycanın ən reytinqli ali məktəbləri - SİYAHI

Milli.Az-ın məlumatına görə, Day.Az saytı TQDK-ya istinadən xəbər verir ki, 2012-ci ildə ən reytinqli ali məktəb Prezident yanında Dövlət İdarəçilik Akademiyası olub. Yüksək hazırlıqlı abituriyentlərin bu təhsil ocağına marağı çoxdur. Bu akademiyaya daxil olan tələbələrin əksəriyyətinin topladıqları bal 600-dən yuxarı olur.Azərbaycan Tibb Universiteti isə ikinci yerdədir.
 Üçüncü yerdə Qafqaz Universiteti dayanır. Bu universitetinin reytinqi ötən illərdə də yüksək idi.
Beləliklə, 2012-ci il üçün Azərbaycan ali məktəblərinin reytinq cədvəlini təqdim edirik: 





S/s
Ali məktəbin adı
Reytinq balı
1
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
7393
2
Azərbaycan Tibb Universiteti
5945
3
Qafqaz Universiteti
3674
4
Azərbaycan Dillər Universiteti
3518
5
Azərbaycan Dövlət Neft Akademiyası
3394
6
Bakı Dövlət Universiteti
3274
7
Azərbaycan Turizm Universiteti
2814
8
Azərbaycan Dövlət İqtisad Universiteti
2683
9
Naxçıvan Dövlət Universiteti
2650
10
Bakı Slavyan Universiteti
2231
11
Milli Aviasiya Akademiyası
2041
12
Azərbaycan Dövlət Pedaqoji Universiteti
1916
13
Memarlıq və İnşaat Universiteti

1569
14
 Gəncə Dövlət Universiteti
1554
15
Azərbaycan Texniki Universiteti
1501
16
 Azərbaycan Müəllimlər İnstitutu
1323
17
 Naxçıvan Müəllimlər İnstitutu
1278
18
Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
1200
19
 Sumqayıt Dövlət Universiteti
1121
20
 Lənkəran Dövlət Universiteti
1117
21
 Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti
1065
22
Mingəçevir Politexnik İnstitutu
999
23
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
968
24
Xəzər Universiteti
948
25
Azərbaycan Kooperasiya Universiteti
919
26
Naxçıvan Özəl Universiteti
879
27
Bakı Biznes Universiteti
869
28
Bakı Qızlar Universiteti
819
29
Qərb Universiteti
807
30
 Azərbaycan Texnologiya Universiteti (Gəncə)
764
31
 “Azərbaycan” Universiteti
756
32
 Bakı Asiya Universiteti
756
33
Azərbaycan İctimai-Siyasi Universiteti
754
34
“Odlar Yurdu” universiteti
732
35
 Təfəkkür Universiteti
731
36
 Bakı Avrasiya Universiteti
717

30 ul 2012 [12:15] - MİLLİ.AZ
URL: http://www.milli.az/news/educations/129804.html

Ən reytinqli universitetlər


31 İyul 2012 Çərşənbə Axşamı 13:11
TQDK yüksək hazırlıqlı abituriyentlərin daha çox hansı təhsil ocağına maraq göstərdiklərini açıqlayıb. Ən reytinqli universitetlər (SİYAHI).
Azərbaycanın ən reytinqli universitetlərinin siyahısı müəyyənləşib. Day.Az saytı TQDK-ya istinadən xəbər verir ki, 2012-ci ildə ən reytinqli ali məktəb Prezident yanında Dövlət İdarəçilik Akademiyası olub.

Yüksək hazırlıqlı abituriyentlərin bu təhsil ocağına marağı çoxdur. Bu akademiyaya daxil olan tələbələrin əksəriyyətinin topladıqları bal 600-dən yuxarı olur.

Azərbaycan Tibb Universiteti isə ikinci yerdədir. Üçüncü yerdə Qafqaz Universiteti dayanır. Bu universitetinin reytinqi ötən illərdə də yüksək idi.

Beləliklə, 2012-ci il üçün Azərbaycan ali məktəblərinin reytinq cədvəlini təqdim edirik:


Ali məktəbin adı Reytinq balı

1. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 7393
2. Azərbaycan Tibb Universiteti 5945
3. Qafqaz Universiteti 3674
4. Azərbaycan Dillər Universiteti 3518
5.Azərbaycan Dövlət Neft Akademiyası 3394
6. Bakı Dövlət Universiteti 3274
7. Azərbaycan Turizm Universiteti 2814
8. Azərbaycan Dövlət İqtisad Universiteti 2683
9. Naxçıvan Dövlət Universiteti 2650
10. Bakı Slavyan Universiteti 2231
11.Milli Aviasiya Akademiyası 2041
12. Azərbaycan Dövlət Pedaqoji Universiteti 1916
13. Memarlıq və İnşaat Universiteti 1569
14. Gəncə Dövlət Universiteti 1554
15.Azərbaycan Texniki Universiteti 1501
16. Azərbaycan Müəllimlər İnstitutu 1323
17.Naxçıvan Müəllimlər İnstitutu 1278
18. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə) 1200
19. Sumqayıt Dövlət Universiteti 1121
20. Lənkəran Dövlət Universiteti 1117
21.Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti 1065
22. Mingəçevir Politexnik İnstitutu 999
23. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 968
24.Xəzər Universiteti 948
25. Azərbaycan Kooperasiya Universiteti 919
26. Naxçıvan Özəl Universiteti 879
27. Bakı Biznes Universiteti 869
28. Bakı Qızlar Universiteti 819
29. Qərb Universiteti 807
30. Azərbaycan Texnologiya Universiteti (Gəncə) 764
31.“Azərbaycan” Universiteti 756
32. Bakı Asiya Universiteti 756
33.Azərbaycan İctimai-Siyasi Universiteti 754
34.“Odlar Yurdu” universiteti 732
35.Təfəkkür Universiteti 731
36.Bakı Avrasiya Universiteti 717
http://xeber.azeri.net/tehsil/en-reytinqli-universitetler

Qafqaz Universitetinin tələbələri Türkiyədə dövlət və özəl sektor müəssisələrində təcrübə keçirlər

Əvvəlki illərdə olduğu kimi bu il də Qafqaz Universitetinin 100-ə yaxın tələbəsi Türkiyədə dövlət və özəl sektor müəssisələrində yay təcrübə proqramlarında iştirak edirlər. Türkiyənin bir-sıra dövlət qurumları və qabaqcıl şirkətləri ilə əməkdaşlıq edən universitet 2-ci və 3-cü kurslarda oxuyan tələbələrin praktikalarının Türkiyədə keçirilməsini təmin edir. Proqrama dərslərində müvəffəqiyyət baxımından fərqlənən və nümunəvi davranışı ilə seçilən tələbələr daxil edilir.
Proqramda əsasən İqtisadiyyat və idarəetmə fakultəsinin Maliyyə, Dünya iqtisadiyyatı, Dövlət və bələdiyyə idarəetməsi, Biznesin təşkili və idarəedilməsi, Menecment, Beynəlxalq münasibətlər, Regionşünaslıq ixtisaslarının və Mühəndislik fakultəsinin Sənayenin təşkili və idarəolunması, Kompyuter mühəndisliyi ixtisaslarının tələbələri iştirak edirlər.
Bankasya, Petkim, Kuveyttürk bank, Colins, İstanbul Böyükşəhər bələdiyyəsi, Samsun Böyükşəhər bələdiyyəsi, Uyumsoft proqramlaşdırma şirkəti, Boğaziçi universiteti, TASAM və TESEV stratejik tədqiqatlar mərkəzi kimi müxtəlif sahələrdə qabaqcıl müəssisələr olaraq tanınmış qurumlarda tələbələr dərslərdə aldıqları bilikləri praktiki həyatda tətbiq etmə bacarıqlarına yiyələnirlər.
Təcrübə proqramı əsasən 1 ay davam etməkdədir. Tələbələr bu müddət ərzində bir tərəfdən ixtisasları ilə əlaqəli yeni tətbiqi bacarıqlar əldə edərkən digər tərəfdən qardaş ölkə Türkiyə ilə yaxından tanış olma imkanı əldə edirlər. Belə ki, praktika müddətində tələbələrə rəhbərlik etmək üzrə universitet tərəfindən təyin edilmiş təcrübəli müəllimlər bir tərəfdən təcrübə proqramının gedişatına nəzarət edərkən, digər tərəfdən həftə sonu gəzinti proqramları tərtib edərək tələbələrin Türkiyədəki tarixi-mədəni əhəmiyyətə malik məkanları görməsini təmin edirlər. Artıq ənənə halını almış Qafqaz tələbələrinin Türkiyə Respublikasında yay təcrübə proqramı müvəffəqiyyətlə davam etdirilməkdədir. Tələbələr ölkəmizi və universitetimizi layiqincə təmsil etməkdə, təcrübə keçdikləri qurumlarda xüsusi rəğbət qazanmaqdadırlar.
Universitetin səyləri nəticəsində tələbələrə Türkiyədə yay təcrubə proqramı keçmə imkanı daha da genişləməkdədir. Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin də ortaqlarından olduğu Petkim ilə ötən il başlayan əməkdaşlıq bu il daha da genişlənmiş və Mühəndislik fakultəsi tələbələri ilə birliktə İqtisadiyyat fakultəsi tələbələri də bu müəssisədə təcrübə keçməyə qəbul edilmişlərdir. Bu il ilk dəfə olaraq Samsun Böyükşəhər Bələdiyyəsi də Qafqaz Universiteti Dövlət və bələdiyyə idarəetməsi ixtisası tələbələrinə praktika imkanı vermişdir.
Qafqaz universitetinin Dövlət İdarəçilik Akademiyası ilə olan əməkdaşlığı çərçivəsində DİA-nın tələbələri də Qafqaz tələbələri ilə birgə təcrübə proqramında iştirak etmişdirlər. Xatırladaq ki, tələbələrin Türkiyədə yay təcrübə proqramı Türkiyə Respublikası Baş Nazirliyi İnkişaf və Əməkdaşlıq (TİKA) Baş İdarəsi tərəfindən də dəstəklənməkdədir.
Dossent: Ədalət İbadov
Türkiyə Yay Təcrübə Proqramı Koordinatoru

28 Temmuz 2012 Cumartesi

Qafqaz universitetinin tələbələri "Youth Exchange for Peace" konfransında


26.07.2012 | 4 dəfə oxunub

 Qafqaz Universitetinin Regionşünaslıq bölməsinin tələbələri Almaniyanın  Dresden Texniki Universitetində keçirilən "Youth Exchange for Peace" konfransında müvəffəqiyyətlə iştirak etmişlər.
 Qafqaz Universitetinin Regionşünaslıq bölməsinin  tələbələri Elgün Cəfərov, Nurtac Abdullayeva ve Ramiz Hacızadə Almaniyanın Dresden Texniki Universitetində 20-27 may 2012-ci ildə təşkil olunmuş "Youth Exchange for Peace"( Sülh Naminə Gənclərin Mübadiləsi) beynəlxalq tələbə konfransında müvəffəqiyyətlə iştirak etmişlər.
 Konfrans Heinrich Böll Stiftung Fondunun dəstəyi ilə təşkil olunmuşdur. Tələbələrimiz müxtəlif simulasiya oyunlarında, Mədəniyyət və milli identifikasiya, Beynəlxalq Hüquq, Münaqişədəki Qeyri-Dövlət Aktyorlar, Jurnalistikanin ve Ictimaiyyətin Münaqişədəki rolu və s. kimi müxtəlif mövzularda keçirilən dəyirmi masa və seminarlarda iştirak etmişlər.
 Beynəlxalq Hüquq dərsləri Dresden Texniki Universitetinin Professorları tərəfindən keçirilmiş və daha sonra konfrans Berlinin Humboldt Universitetində davam etmişdir. Programa Dresden və Berlin şəhərlərinin gəzintisi də daxil edilmişdir. Bir həftəlik konfransda tələbələrimiz aktiv iştirak edərək sertifikatla təltif olunmuşlar.

Qafqaz Universitetinin müəllimləri Macarıstanın paytaxtı Budapeştdə


26.07.2012 | 8 dəfə oxunub

Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Beynəlxalq Münasibətlər və Regionşünaslıq Bölmələrinin əməkdaşları: Nəriman Qaraxani, Yaşar Ehtibarlı, Anar İskəndərov, Müşfiq Eminov və Aqşin Umudov 2012-ci ilin 10-16 İyun tarixləri arasında Macarıstanın paytaxtı Budapeşt şəhərində Mərkəzi Avropa Univsitetinin (CEU) Kurikulum Resurs Mərkəzi (Curriculum Resource Center) tərəfindən təşkil olunmuş Kafedraların Tədris proqramlarının İnkişaf etdirilməsi ilə bağlı təlim proqramında iştirak etmişlər. Tədbirə müxtəlif ölkələrdən iştirakçılar qatılmışdır.
Təlim proqramında əsas diqqət tədris planının inkişaf etdirilməsi və yeni tədris proqramlarının hazırlanmasına ayrılmışdır. Tədris planlarının inkişaf etdirilməsi sahəsində CEU-un təcrübəsinin oyrənilməsinə diqqət yetirilmiş və bu mövzuda region ölkələrinin müxtəlif universitetlərini təmsil edən iştirakçılarla fikir mübadiləsi aparılmışdır. Yeni tədris proqramlarının hazırlanması mövzusunda isə CEU-un təcrübəli mütəxəsisləri tərəfindən təqdimatlar verilmiş və bu mövzuda Avropa və Amerikanın tanınmış ali təhsil qurumlarının təcrübəsi müqayisəli şəkildə təhlil edilmişdir.
Təlim proqramı müddətində əməkdaşlarımız CEU-un zəngin resurslara malik kitabxanasından istifadə etmək imkanına sahib olmuşlar və bu fürsətdən istifadə edərək tədris etdikləri dərslərlə bağlı yetərincə yararlı mənbə və materiyallar toplamışlar. Bununla yanaşı Kurikulum Resurs Mərkəzi hər bir əməkdaşımıza öz araşdırma sahələri ilə bağlı 250 ABŞ dolları dəyərində kitab almaq imkanı vermişdir və əməkdaşlarımız bundan faydalanaraq kafedramıza lazımlı kitablar almışlar.

Avstriya yay məktəbi


26.07.2012 | 6 dəfə oxunub

Qafqaz Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq Bölmələrinin tələbələri: Gülçin İsgəndərova, Türkan Quliyeva, Kamilə Haciyeva, Gülnar Hətəmova, Səbinə Səlimzadə, Beril Bişirici, Esmira Salamova, Təbrik Babayev və müəllim Yaşar Ehtibarlı 29.06.2012 - 15.07.2012 tarixləri arasında Avstriyanın ən mötəbər təhsil ocaqlarından biri olan Graz Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzinin dəvətilə Avstriyada səfərdə olmuşlar. 
Bu müddət ərzində tələbələrimiz həm Graz Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzində təcrübə proqramı keçmiş həm də Graz Universiteti tərəfindən təşkil olunmuş 26 fərqli ölkədən 80 nəfər tələbə və gənc mütəxəssislərin iştirak etdiyi "Avropada Təhsil və Liderlik" mövzusuna həsr olunmuş beynəlxalq yay məktəbində müvəffəqiyətlə iştirak etmiş və sertifikatla təltif olunmuşlar.  
Tələbələrimiz akademik çalışmalarla yanaşı, Avstriyanın Graz, Viyana və Leibnitz şəhərlərinə və eləcə də İtaliyanın məşhur Venesiya şəhərinə ekskursiyaya getmişlər.

27 Temmuz 2012 Cuma

`QAFQAZ`ın tarixindən-Azərbaycan Bələdiyyələri 2003 Beynəlxalq Simpoziumu


2003-cü il 10 dekabr tarixində Həmkarlar Ittifaqının konfrans zalında Azərbaycan Bələdiyyələrinin qurulmasının 4 illiyinə həsr olunmuş simpozium keçirildi. Azərbaycan Bələdiyyələri 2003 simpoziumu bu sahədə çalışan və müxtəlif bölgələrdən gəlmiş bələdiyyə işçiləri, dövlət orqanlarının nümayəndələri, xarici qonaqlar və Qafqaz Universitetinin müəllim və tələbə kollektivinin bir yerə toplanması ilə açıq  elan olundu.  Tədbir dövlət himnimizin ardınca Qafqaz Universitetinin rektoru prof. Dr. Erol Oral bəyin çıxışı ilə başlayır.
             Tədbir iştirakçılarını ümum Qafqaz ailəsi adından salamlayan Erol Oral bəy hər şey dən əvvəl bu kimi simpoziumun hazırlanması fikrini hə yata keçməsində göstərdiyi xidmətə görə Həmkarlar Ittifaqının Sədri Zahid Qaralov cənablarına  dərin minnətdarlığını bildirdi. Azərbaycan da bələdiyyəçilik sisteminin qurulması sahəsindəki bütün təşəbbüs və xidmətlərin milli lider Heydər Əliyevin adı ilə  bağlı olduğunu vurğulayan Erol bəy bunun Əliyev siyasətinin müsbət yeniliklərindən hesab etmişdir. Bu sahənin əhəmiyyətinə gəldikdə rektor belə qurumların qısa  vaxt ərzində xalqa göstərdiyi sosial xidmət sahəsində nə qədər inkişaf edib təcrübə sahibi olmasından danışaraq bir sıra qlobal problemlərində nəticədə öz həllini tapması mövzusuna toxundu. Bu məsələ ilə əlaqədar olaraq Türkiyədən  gəlmiş qonaqları təqdim edən rektor bunu iki qardaş ölkə arasında təcrübə mübadiləsi kimi qiymətləndirmiş  və gələcəkdə əldə ediləcək uğurlara zəmin yaratmışdır. Bu isə öz növbəsində Türkiyə Azərbaycan möhkəm əlaqələrini içərisində bir sahənin  daha artmış olduğunu göstərir. Çıxışını tamamladıqdan sonra Erol bəy  sözü Azərbaycan Respublikasının Həmkarlar Ittfaqının sədri Mehdi  Səlimzadəyə verir.
            O, nitqini bütün tədbir iştirakçılarını, ələxsus  da Erol bəyə təşəkkürü ilə başlayır. Mehdi bəy də Bələdiyyə Qurumlarının yaranmasını Azərbaycan Müstəqilliyinin qoruyucusu, siyasi xadim Heydər Əliyevə bu sahədəki xidmətlərini təqdirəlayiq hesab etmişdir. Ümumi konteksdə baxılarsa, 4 il ərzində bələdiyyə üzvləri və başçılarının az işgörmədiklərini, mərkəzdə olduğu kimi qəsəbə və rayonlarda da müntəzəm fəaliyyət göstərdiklərini qeyd etdi. Mehdi bəy bu qurumların  icra hakimiyyəti, dövlət aparatı  tərəfindən də daima dəstək aldıqlarını vurğuladı. Bu sahədə çalışan insanların sayının 13 mindən artıq olduğunu və bəzi bələdiyyələrin öz işi və məsulliyyəti ilə digərlərindən fərqləndiyini söyləyən sədr bütün sistemin ümumilikdə yüksək həddə çatmasını təmənni etdi. Sonda isə 2003-cü il 15 oktyabr seçkilərində yekdilliklə Heydər Əliyevin siyasi varisi Ilham Əliyevə səs  verdiklərini bildirdi. Erol Oral bəy tərəfindən Mehdi bəyə hədiyyə təqdim olunur və növbəti çıxış Azərbaycan Respublikası regional məsələləri daimi kommisiyası sədri prof. dr. Zahid Qaralova verilir. 
           Ənənəvi salamlamadan sonra Zahid bəy bələdiyyə anlayışının açıqlanmasına keçir. O bildirdi ki, Azərbaycan siyasi  qanun tarixinə ilk  dəfə  bələdiyyə yerli özünüidarə sistemi anlayışı 1995-ci ildə qəbul edilmiş konstitusiyada tezislər şəklində özünə yer tapmışdır. Çox-çox əvvəl işlənib hazırlanmasına baxmayaraq bu məsələ ilə bağlı bir sıra həllini tapmamış qanun və qərarların milli məclisə çıxarılmasında əngəllərə rastlanmışdır. Məhz H. Əliyev  cənablarının o  vaxt problemə çevriləcək dərəcədə ciddiləşən bu məsələ onun təşəbbüsü ilə həll olundu,  qanunlar paketi hazılanaraq qurumun özülünü qoydu. Zahid müəllim bu sırada Türkiyədə mövcud bələdiyyə sistemlərinin iş prinsiplərinə bizimki ilə müqaisəli şəkildə toxundu. O qeyd etdi ki, vaxtı ikən Qafqaz Universitetinin maliyyə dəstəyi  və bəzi  Türk bələdiyyələrinin xidməti ilə Türkiyənin Ankara, Istanbul, Izmir kimi şəhərlərində olmuş   və onların yerli idarə sistemləri ilə  dərindən maraqlanmışdır. Uzun illərdən bəri yaradıb incələdikləri bu sistemdə qazanılan praktikadan doğan təcrübəni heç bir nəzəriyyənin  təqzib  etməyəcəyini bildirdi. Eyni zamanda bu sistemin Türkiyədə olduğu kimi burada da qəlibləşdirməyin imkansızlığından danışdı. Buna səbəbin isə konstitusiya, idarəetmə arasında fərqlərin olmasını doğru olaraq vurğuladı. 4 il ərzində müəyyən bir səviyyəyə çatan bələdiyyə sisteminin artıq tənəzzülə uğramayıb xalqın rifahı üçün daim inkişaf edəcəyinin labüd olduğunu söylədi. Sonra bələdiyyə xəritələrini dəqiq şəkildə tərtib edildiyi üçün torpaq komitəsinə öz təşəkkürünü bildirdi.
Hədiyyə  təqdimindən sonra söz Türkiyə Cumhuriyyəti  Daxili işlər Nazirliyi  Yerli özünü idarələr gənəl müdiri pr. Doc. Kayhan bəy Azərbaycan bələdiyyələrinin  qurulmasının 4 illiyi münasibəti ilə bələdiyyə başçıları və simpozium iştirakçılarını təbrik etdi.  Kayhan bəy Türkiyənin bu sahədə 150 ildən bəri sahib olduğu təcrübədən söz açaraq  onun ilk dəfə Istanbulda kök saldığını, 1930-cu ildə isə qanuni qüvvəyə minib hər cəhətdən yardım alıb inkişaf etməsindən ətraflı şəkildə  bəhs etdi . Ancaq 20 ildən bəri, əsasən də  son 1 ildə, bu sahə mübahisələrin hədəf nöqtəsinə çevrilib . Mərkəzi hakimiyyətdən sonra əsas və əhəmiyyətli pillələrdən birini tutan bələdiyyə sisteminin vəzifələri də vacibdir.  Baxmayaraq ki, Türkiyədə  bələdiyyə orqanlarının bütün dövlət xərclərinin 13-14% təşkil edir. Bələdiyyələrin vəzifələri və gündəmdəki problemlərini də qeyd edib nitqini tamamladı . Növbəti hədiyyənin təqdimindən sonra sözü yenə Türkiyəli qonaqlardan olan Türkiyə Cumhuriyyəti Pendik bələdiyyə başqanı Erol Kaya bəyə verilir .
Erol bəy tədbir iştirakçılarını salamlayaraq Ilham Əliyev cənablarının seçkilərdəki parlaq qələbəsini  alqışladı . Bələdiyyə başqanı Azərbaycanda da bu sistemin inkişaf edib  dövlət ıdarəçiliyi səviyyəsində yüksək zirvəyə çatmasını təmənni etdi . Türkiyənin  70 ildən artıq yolu ilə getdiyi bu sistemin Azərbaycanda da inkişaf edib millət vəkillərini də maraqlandıracaq bir sahəyə çevrilməsini arzu etdi. Erol  Kayanın Azərbaycana təşrif buyurmasından istifadə edərək bələdiyyə nazirlərinin sədri tərəfindən Türkiyənin baş naziri Erdoğan bəyə ünvanlanmış məktub göndərilməsi üçün Erol bəyə təqdim olundu. Tədbirin sonunda iştirakçılara qaranlıq qalan bəzi məsələlər ətrafında suallar dinlənildi. Hüquq və beynəlxalq münasibətlər  fakultəsinin prorektoru  Dr. Hakan Acar da müzakirə  iştirakçılarından oldu.  Simpoziumun sonu bələdiyyə  bayraqları  və döş nişanları olmaq üzərə  hədiyyələrin təqdimi ilə başa çatdı.  Mükafatlar  bu sahədə çalışan və fəaliyyəti ilə seçilən bələdiyyə iştirakçılarına təqdim olundu.
             Azərbaycan bələdiyyələri 2003 simpoziumunun hazırlanmasında böyük xidmətləri  keçmiş  Qafqaz Universiteti  ailəsinin bütün müəllim və tələbələri bu kimi dövlət əhəmiyyətli və və qeyri tədbirlərin hazırlanmasında yaxından iştirak etməklə gündəmdə olan hadisələrə  biganə olmadığını bildirir  və  yardım əlini uzadır.
    
                                                                                    2004 Bülleten-Pərvanə  Şahin

“Qafqaz”ın tələbələri Avstriyaya səfər ediblər

Qafqaz Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq bölmələrinin tələbələri iyun ayının 29-dan iyul ayının 15-dək Avstriyanın ən mötəbər təhsil ocaqlarından biri olan Graz Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzində olublar.
Tələbələr bu müddətdə həm Graz Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzində təcrübə proqramı keçmiş, həm də Graz Universiteti tərəfindən təşkil olunmuş 26 fərqli ölkədən 80 nəfər tələbə və gənc mütəxəssisin iştirak etdiyi “Avropada təhsil və liderlik” mövzusuna həsr olunmuş beynəlxalq yay məktəbində iştirak ediblər. Onlara sertifikatlar da verilib. Tələbələr akademik çalışmalarla yanaşı, Avstriyanın Graz, Viyana və Leibnitz şəhərlərinə və eləcə də İtaliyanın məşhur Venesiya şəhərinə ekskursiyaya da gediblər.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=44337 

26 Temmuz 2012 Perşembe

Qafqaz Universitetində Azərbaycan Oracle İstifadəçilər Qrupunun (AzerOUG) növbəti görüşü keçiriləcək

 
Bu həftə 28.07.2012 tarixində Qafqaz Universitetində Azərbaycan Oracle İstifadəçilər Qrupunun (AzerOUG) növbəti görüşü keçiriləcək. Bu görüş əsas etibarı ilə texniki xarakter daşıyır. Görüşdə 3 çıxış olacaq. Çıxışların siyahısı bunlardır:

- Fərqli əməliyyat sistemləri arasında qurulmuş Data Guard konfiqurasiyası– Mahir M. Quluzadə
 
- Oracle verilənlər bazasında Resursların İdarəedilməsi – Cavid Həsənov
 
- Oracle 11g PL/SQL proqramlaşdırma ilə bağlı yeniliklər – Ramin Orucov

Görüşün saat 11-də Qafqaz Universitetinin 1-ci mərtəbəsində yerləşən seminar salonunda (otaq 128) keçirilməsi planlaşdırılır. Oracle ilə maraqlanan hər kəs dəvətlidir. 
Twitter istifadəçiləri #AzerOUG hash tag-indən istifadə etsinlər (@AzerbaijanOUG)

Macarıstanda Qafqaz Universitetinin əməkdaşına mükafat verildi


Qafqaz Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq Bölmələrinin müəllimləri Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetində təlim proqramında iştirak ediblər.

“Qafqazinfo”nun məlumatına görə, Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Beynəlxalq Münasibətlər və Regionşünaslıq Bölmələrinin əməkdaşları: Nəriman Qaraxani, Yaşar Ehtibarlı, Anar İskəndərov, Müşfiq Eminov və Aqşin Umudov 2012-ci ilin 10-16 İyun tarixləri arasında Macarıstanın paytaxtı Budapeşt şəhərində Mərkəzi Avropa Univsitetinin (CEU) Kurikulum Resurs Mərkəzi (Curriculum Resource Center) tərəfindən təşkil olunmuş Kafedraların Tədris proqramlarının İnkişaf etdirilməsi ilə bağlı təlim proqramında iştirak ediblər. Tədbirə müxtəlif ölkələrdən iştirakçılar qatılıb.

Təlim proqramında əsas diqqət tədris planının inkişaf etdirilməsi və yeni tədris proqramlarının hazırlanmasına ayrılıb. Tədris planlarının inkişaf etdirilməsi sahəsində CEU-un təcrübəsinin oyrənilməsinə diqqət yetirilib və bu mövzuda region ölkələrinin müxtəlif universitetlərini təmsil edən iştirakçılarla fikir mübadiləsi aparılıb. Yeni tədris proqramlarının hazırlanması mövzusunda isə CEU-un təcrübəli mütəxəsisləri tərəfindən təqdimatlar verilib və bu mövzuda Avropa və Amerikanın tanınmış ali təhsil qurumlarının təcrübəsi müqayisəli şəkildə təhlil edilib.

Təlim proqramı müddətində əməkdaşlarımız CEU-un zəngin resurslara malik kitabxanasından istifadə etmək imkanına sahib olublar və bu fürsətdən istifadə edərək tədris etdikləri dərslərlə bağlı yetərincə yararlı mənbə və materiyallar toplanıblar. Bununla yanaşı Kurikulum Resurs Mərkəzi hər bir əməkdaşımıza öz araşdırma sahələri ilə bağlı 250 ABŞ dolları dəyərində kitab almaq imkanı verilib və əməkdaşlarımız bundan faydalanaraq kafedramıza lazımlı kitablar alıblar.


Nigar Məmmədli

Qafqaz Universitetinin bir qrup tələbəsi Avstriyada olmuşdur

 Bakı, 25 iyul (AzərTAc). Qafqaz Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq bölmələrinin bir qrup tələbəsi Avstriyanın Graz Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzinin dəvəti ilə bu ölkədə səfərdə olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, səfər müddətində tələbələr həm universitetin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzində təcrübə proqramı keçmiş, həm də “Avropada təhsil və liderlik” mövzusunda təşkil olunmuş beynəlxalq yay məktəbində iştirak etmişlər.
Tələbələrimizə sertifikatlar təqdim olunmuşdur.
http://azertag.com/node/984107

Qafqaz Universitetinin tələbələri Almaniyada beynəlxalq konfransda iştirak etmişlər

Bakı, 25 iyul (AzərTAc). Qafqaz Universitetinin regionşünaslıq bölməsinin üç tələbəsi Almaniyanın Drezden Texniki Universitetində “Sülh naminə gənclərin mübadiləsi” (“Youth Exchange for Peace”) mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, konfrans çərçivəsində müxtəlif mövzularda “dəyirmi masa” və seminarlar təşkil olunmuşdur. Sonra tədbir Berlinin Humboldt Universitetində davam etmişdir.
Konfransda tələbələrə sertifikatlar verilmişdir. 
 

“Qafqaz”ın tələbələri Almaniyada təltif olundular

25 July, 2012 
Qafqaz Universitetinin Regionşünaslıq bölməsinin tələbələri Almaniyanın Dresden Texniki Universitetində keçirilən “Youth Exchange for Peace” konfransında müvəffəqiyyətlə iştirak edib. 

“Qafqazinfo”nun məlumatına görə, Qafqaz Universitetinin Regionşünaslıq bölməsinin tələbələri Elgün Cəfərov, Nurtac Abdullayeva ve Ramiz Hacızadə Almaniyanın Dresden Texniki Universitetində 20-27 may 2012-ci ildə təşkil olunmuş “Youth Exchange for Peace”( Sülh Naminə Gənclərin Mübadiləsi) beynəlxalq tələbə konfransında müvəffəqiyyətlə iştirak ediblər. Konfrans Heinrich Böll Stiftung Fondunun dəstəyi ilə təşkil olunub. Tələbələrimiz müxtəlif simulasiya oyunlarında, Mədəniyyət və milli identifikasiya, Beynəlxalq Hüquq, Münaqişədəki Qeyri-Dövlət Aktyorlar, Jurnalistikanin ve İctimaiyyətin Münaqişədəki rolu və s. kimi müxtəlif mövzularda keçirilən dəyirmi masa və seminarlarda iştirak ediblər.
Beynəlxalq Hüquq dərsləri Dresden Texniki Universitetinin Professorları tərəfindən keçirilib və daha sonra konfrans Berlinin Humboldt Universitetində davam edir. Programa Dresden və Berlin şəhərlərinin gəzintisi də daxil edilib. Bir həftəlik konfransda tələbələrimiz aktiv iştirak edərək sertifikatla təltif olunublar.


Nigar Məmmədli
http://www.qafqazinfo.az/news.php?id=22476

Qafqaz Universitetinin bir qrup əməkdaşı Macarıstanda təlim proqramında iştirak etmişdir

Bakı, 25 iyul (AzərTAc). Qafqaz Universiteti Beynəlxalq münasibətlər və Regionşünaslıq bölmələrinin bir qrup əməkdaşı Macarıstanın paytaxtı Budapeşt şəhərindəki Mərkəzi Avropa Universitetinin (CEU) kafedraların tədris proqramlarının inkişaf etdirilməsi ilə bağlı təlim proqramında iştirak etmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, Mərkəzi Avropa Univsitetinin Kurikulum Resurs Mərkəzi tərəfindən təşkil olunmuş təlim proqramında əsas diqqət tədris planının inkişaf etdirilməsi və yeni tədris proqramlarının hazırlanmasına yetirilmişdir.
Eyni zamanda, CEU-un mütəxəssisləri tərəfindən yeni tədris proqramlarının hazırlanması mövzusunda təqdimatlar olmuş, bu mövzuda Avropa və Amerikanın tanınmış ali təhsil qurumlarının təcrübəsi müqayisəli şəkildə təhlil edilmişdir.

22 Temmuz 2012 Pazar

BDU və Qafqaz Universitetinin tələbələri Ombudsman Aparatında təcrübə keçiblər

Bakı, 21 iyul, SalamNews. İyulun 3-dən 20-dək Bakı Dövlət Universitetinin (BDU) və Qafqaz Universitetinin tələbələri Ombudsman Aparatında istehsalat təcrübəsi keçiblər.
Ombudsman Aparatından SalamNews-a verilən məlumata görə, təcrübə müddətində onlara həm nəzəri, həm də praktiki dərslər, insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, beynəlxalq və milli müdafiə mexanizmləri və ombudsmanın fəaliyyətinə dair məşğələlər təşkil edilib. Tələbələrə, həmçinin ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, insan hüquqları və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı və onun mahiyyəti, əsas müddəaları haqqında ətraflı məlumat verilib.
Təcrübə müddətində tələbələr Ombudsman Aparatının ayrı-ayrı struktur bölmələrində olmuş, ərizə və şikayətlərə baxmış, sorğu layihələrinin hazırlanması və ərizələrin qəbulu prosesində iştirak edib.

Bakı Dövlət Universitetinin və Qafqaz Universitetinin tələbələri Ombudsman Aparatında təcrübə keçmişlər

Bakı, 21 iyul (AzərTAc). İyulun 3-dən 20-dək Bakı Dövlət Universitetinin və Qafqaz Universitetinin tələbələri Ombudsman Aparatında istehsalat təcrübəsi keçmişlər.
Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, təcrübə müddətində onlara həm nəzəri, həm də praktiki dərslər, insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, beynəlxalq və milli müdafiə mexanizmləri və ombudsmanın fəaliyyətinə dair məşğələlər təşkil edilmişdir. Tələbələrə, həmçinin ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, insan hüquqları və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı və onun mahiyyəti, əsas müddəaları haqqında ətraflı məlumat verilmişdir.
Təcrübə müddətində tələbələr Ombudsman Aparatının ayrı-ayrı struktur bölmələrində olmuş, ərizə və şikayətlərə baxmış, sorğu layihələrinin hazırlanması və ərizələrin qəbulu prosesində iştirak etmişlər.

20 Temmuz 2012 Cuma

Qafqaz Universitetində abituriyentlerin valideynleri üçün çadır


Qafqaz Universitetində iyulun 20-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə  I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir. Bu zamanda universitetin rehberliyi imtihan veren abituriyentlerin valideynleri üçün cadır qurub.


Təhsil Komissiyasının qərarından ən çox ziyan çəkən bu universitet oldu

 19.07.2012, 17:36
Prezident yanında Təhsil Komissiyasının qərarına əsasən bu il özəl universitetlərdə jurnalistika ixtisasına qəbul dayandırılıb. Bu qərar daha çox Qafqaz Universitetinin işinə maneçilik gətirib desək, yanılmarıq. Belə ki, universitetin 2012-2013-cü tədris ili üçün hazırlanan yeni korpusunda bir sıra fakültələrlə yanaşı, Jurnalistikla fakültəsi də fəaliyyət göstərəcəkdi.
Burada Jurnalistika fakültəsi üçün studiya bazası qurulub. Universitet rəhbərliyi çəkilişlər üçün studiya, qəzetlər uçün redaksiya da planlaşdırıbmış. Bu baxımdan Qafqaz Universiteti fakültə üçün ideal şərait yaratmışdı. Görəsən Təhsil Komissiyasının qərarı Qafqaz Universitetində necə qarşılanıb?
Məsələ ilə əlaqədar Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev Modern.az-a açıqlamasında bildirib ki, növbəti ildən yeni bir imza və əmrlə Jurnalistika fakültəsinin fəaliyyətə başlayacağına ümid edirlər.
“Bu il digər özəl universitetlər kimi, Qafqaz Universitetində də jurnalistika ixtisasına qəbul olmayacaq. Ümid edirk ki, gələn il yeni bir fikir qəbul olunacaq və icazə veriləcək. Keçən ildən bizim universitetdə Jurnalistika fakültəsi açılıb. Həmin il qəbul olan 21 nəfər tələbə öz təhsilini davam etdirəcək. Nazir Misir Mərdonov da qeyd etdi ki, gələn ildən etibarən bəzi universitetlərdəki vəziyyət araşdırıldıqdan sonra, onlara icazə veriləcək”.
Qeyd edək ki, Təhsil naziri Misir Mərdanov ali məktəblərdə jurnalistika ixtisasına qəbulun dayandırılmasını həmin təhsil müəssisələrində jurnalist hazırlığının qənaətbəxş olmaması ilə əlaqələndirib. M.Mərdanov bildirib ki, bununla belə, növbəti illərdə özəl təhsil müəssisələrində jurnalistikaya qəbul bərpa oluna bilər. Belə ki, həmin universitetlərdə keyfiyyət yüksək olarsa, Azərbaycan cəmiyyəti həmin universitetlərdə jurnalist hazırlığının keyfiyyətinə müsbət yanaşarsa, onlara qəbul bərpa edə bilər.


Anar Kəlbiyev

http://modern.az/articles/26643/1/26643/

17 Temmuz 2012 Salı

Hemşehrimiz Doç. Dr.Erdal Karaman'ın Yeni Eseri "Size Selam Getirmişem"

Hemşehrimiz Erdal Karaman Azerbaycan Qafqaz Üniversitesinde Türk Dili Doçenti olarak görev yapıyor. Her yaz tatilinde Çorum'a gelirken yayınladığı eserlerinden bir iki örnek getirerek bizlere ulaştırıyor.
Bu gelişinde de Azerbaycan'ın Dili ve Kültürü- "Size Selam Getirmişem" ve Karabağ Mültecileri ve Hikâyeleri'ni anlattığı "Yaman Ayrılık" eserlerini getirdi.
Rus işgali altındaki Türk illerine ve Azerbaycan'a olan sevgimiz, özlemimiz ve hasretimiz yıllarca sürdü. Rus ve Çin işgalinde olan Türk illerine hasretle büyüyen Türkiye Türkleri olarak çocukluğumuzdan itibaren bu hasret duygularımızı ifade için ağlayarak söylediğimiz türkülerden bir tanesi de Çırpınırdın Karadeniz türküsüdür. Erdal Karaman kitabında bu türkünün şairini de şöyle anlatıyor:
" Ahmet Cevat'da (Sovyet Sosyalist Rusya) rejimi tarafından tehlikeli görülür. Türkiye'ye olan sevgisinden ve Türkiye'de şiirleri yayımlanmasından dolayı, 1936 yılı sonlarına doğru, Azerbaycan Devlet Neşriyat Kuruluşu'ndaki görevinden alınır. Devrimci faaliyetle ve Pantürkizmle suçlanarak tutuklanır ve askeri mahkeme kararıyla idam cezasına çarptırılır. 1937'de kurşuna dizilir.
Ahmet Cevat, " Çırpınırdın Karadeniz" şiirinde, bayrağa, Türk milletine olan içten ve samimi duygularını şu mısralarla dile getirir."
Çırpınırdın Karadeniz
Bakıp Türkün bayrağına
Ah! deyerdin, heç ölmezdim
Düşe bilsem ayağına

Ayrı düşmüş dost elinden
İller var ki, çarpar sinen
Vefalıdır geldi, giden
Yol ister Türkün bayrağına

İnciler dök yoluna
Sırmalar serp sağ, soluna
Fırtınalar dursun yana
Selam Türkün bayrağına

"Hemidiyye" o Türk kanı
Hiç birinin bitmez şanı
"Kazbek" olsun ilk kurbanı
Hayran Türkün bayrağına

Dost elinden esen yeller
Bana şiir, selam söyler
Olsun bizim bütün eller
Kurban Türkün Bayrağına
Yol ver Türkün Bayrağına

Ahmet Cevat'ın 1918'de Azerbaycan'a gelen Türk ordusuna o günü  unutmamasını dileyerek  bir seslenişi de vardır ki, şöyle başlar:
Ey şanlı ölkenin şanlı ordusu,
Unutma Kafkasa girdiğin günü
Gelirken kovmağa Turandan Urusu
Ayağını Kara deniz öptü mü

Erdal Karaman "Azerbaycan şirinde Türkiye ile ilgili onlarla şiir vardır" diyor.
Edebiyat ve dil bilimci kıymetli akademisyen hemşehrimizi yeni eserlerinden dolayı kutluyor ve verimli çalışmalarının mahsulü olacak nice eserlere imza atmasını diliyorum.
 (Kaynak:Erdal KARAMAN, Size Selam Getirmişem. Kesit Yayınları,
2011Barak Matbaacılık-İstanbul)

http://www.corumhakimiyet.net/Yazarlar/3/EMSEHRIMIZ-DOC-DR-ERDAL-KARAMAN.aspx