BDU və Qafqaz Universitetinin tələbələri Ombudsman Aparatında təcrübə keçiblər

Bakı, 21 iyul, SalamNews. İyulun 3-dən 20-dək Bakı Dövlət Universitetinin (BDU) və Qafqaz Universitetinin tələbələri Ombudsman Aparatında istehsalat təcrübəsi keçiblər.
Ombudsman Aparatından SalamNews-a verilən məlumata görə, təcrübə müddətində onlara həm nəzəri, həm də praktiki dərslər, insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, beynəlxalq və milli müdafiə mexanizmləri və ombudsmanın fəaliyyətinə dair məşğələlər təşkil edilib. Tələbələrə, həmçinin ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, insan hüquqları və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı və onun mahiyyəti, əsas müddəaları haqqında ətraflı məlumat verilib.
Təcrübə müddətində tələbələr Ombudsman Aparatının ayrı-ayrı struktur bölmələrində olmuş, ərizə və şikayətlərə baxmış, sorğu layihələrinin hazırlanması və ərizələrin qəbulu prosesində iştirak edib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır