Liseylərin imtahan gücünün sirri - ARAŞDIRMA


Hər il liseyləri bitirənlərin 90 faizi ali məktəblərə qəbul olunduğu halda, adi ümumtəhsil məktəblərinin məzunlarında bu göstərici 40 faizə çatır

Bölmə: SOSİAL
11 İyul 2012 

Azərbaycanın orta təhsil sistemində liseylərin, xüsusilə də türk liseylərinin özünəməxsus yeri var. Hər il liseylər, bu ümumtəhsil müəssisələri arasında isə türk liseyləri fənn olimpiadalarında, ali məktəblərə qəbulda mütləq üstünlüyə malik olur. Məsələn, 2010/2011-ci tədris ilində Türkiyə Dəyanət Vəqfinin nəzdindəki Bakı Türk Liseyini bitirmiş 54 məzundan 43-ü ali məktəblərə qəbul imtahanlarında 500, 27-si isə 600-dən çox bal toplayıb. Həmin il Təhsil Nazirliyinin xətti ilə təşkil olunan fənn olimpiadalarında qazanılmış 37 qızıl medaldan 7-si, 16 gümüş medaldan 1-i təkcə bu liseyin məzunlarının payına düşüb.

Bütövlükdə hər il ali məktəblərə tələbə qəbulunda liseylərin məzunlarının mütləq əksəriyyəti nəinki “tələbə” adını qazanır, həm də ən nüfuzlu ixtisaslara yiyələnir. Başqa sözlə, istər türk liseyləri, istərsə də Təhsil Nazirliyinin tabeliyində olan liseylər ali məktəblərə qəbul kampaniyasında ən yüksək nəticələrlə respublikanın digər ümumtəhsil müəssisələrini geridə qoyur. Liseylərin adi məktəblərlə müqayisədə üstünlüyü imtahanda iştirak edən məzunların faiz nisbətində, onların imtahan fənləri üzrə orta bal göstəricilərində, topladıqları ballarda, daha nüfuzlu universitetlərə və ixtisaslara qəbulda özünü göstərir.

Liseylərin digər ümumtəhsil məktəbləri ilə müqayisədə daha bir üstünlüyü var: hər il respublika üzrə orta məktəb məzunlarının ən yaxşı halda 40 faizə qədəri ali məktəbə qəbul olduğu halda liseylərdə bu göstərici 95 faizdən yuxarı olur.

Bəs, görəsən, eyni təhsil proqramlarının tətbiq olunduğu bu müəssisələrinin məzunlarının nəticələri niyə hər il bir-birindən fərqlənir? Bu fərqlər özünü daha çox nədə göstərir və bunun sirri nədir?

Lent.az-ın əməkdaşı mövzunu araşdırarkən olduqca maraqlı, həm də ibrətamiz nəticələr ortaya çıxıb. Məlum olur ki, Təhsil Nazirliyinin tabeliyindəki liseylərdə təhsil göstəriciləri adi orta məktəblərdəkindən, türk liseylərinin nəticələri isə dövlət təhsil siyasətini həyata keçirən qurumun özünün liseylərindən xeyli dərəcədə yüksəkdir. Məsələn, 2010-cu ildə orta məktəbləri bitirmiş 60038 məzundan cəmi 5.0 faizi 500-dən yuxarı bal toplayıb. Həmin il Təhsil Nazirliyinin tabeliyindəki liseyləri bitirərək attestat almış 1257 məzundan 290-ı (məzunların 23.07 faizi) ali məktəblərə qəbul imtahanlarında 500 baldan, 88 məzun 600 baldan yuxarı nəticə göstərib. Türk liseylərinin 2010-cu ildəki məzunlarının göstəricisi həm adi məktəblərin, həm də Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunlarından daha yüksək olub. Belə ki, 2010-cu ildə türk liseylərinin 591 məzunundan 239-u və ya 49.58 faiz 500 baldan yuxarı nəticə göstərib.

Xatırladaq ki, təşkilati strukturundan və mülkiyyət formasından asılı olmayaraq, hazırda Azərbaycanda 49 lisey fəaliyyət göstərir. Bunlardan 32-si Təhsil Nazirliyinin, 17-si isə türk liseylərin payına düşür. Liseylərin böyük əksəriyyəti paytaxt Bakıda fəaliyyət göstərir. Bölgələrdə fəaliyyət göstərən bu tip təhsil müəssisələri əsasən, Bakı Özəl Türk Liseyinin regionlardakı filiallarıdır.

Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, təhsilin keyfiyyət göstəricilərinə görə liseylər bir qayda olaraq, adi ümumtəhsil məktəblərindən yüksəkdə dayanır. Analoji hal ötən il də təkrarlanıb. Belə ki, 2011-ci ildə türk liseylərin bitirmiş 828 şagirddən 796-sı nəfəri attestat alıb. Attestat alanların 709 nəfəri (89,07 faizi) qəbul imtahanlarında iştirak edib və onlardan 529-u (imtahanda iştirak edənlərin 74,61 faizi) tələbə adını qazanıb. Türk liseylərinin ötənilki məzunlarının 325 nəfəri 500, 130 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Liseylərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 457.283 olub ki, bu da respublika üzrə orta göstəricidən 2.03 dəfə yuxarıdır.

Bütövlükdə 2011-ci ildə ali məktəblərə qəbul imtahanlarında 17 türk liseyinin 709 məzunu iştirak edib. Onlardan 10 nəfəri (məzunların 1,41 faizi) 0-100, 37 nəfəri (5,22 faizi) 100-200, 77 nəfəri (10,86 faiz) 200-300, 260 nəfəri (36,67 faiz) 300-500, 325 nəfəri (45,84 faiz) 500-dən yuxarı bal toplayıb. Bu isə o deməkdir ki, ötən il türk liseyləri abituriyentlərinin 82,51 faizi 300 baldan yuxarı nəticə göstərib. Liseylərin attestat qiymətləri “əla” olan abituriyentlərindən 200 baldan aşağı nəticə göstərən yoxdur. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlərin faiz nisbəti isə 87,16-dır.

Bu təhsil müəssisələri arasında məzunlarının orta bal göstəricisinə görə ilk beşliyə Bakı Türk liseyi, Naxçıvan Türk liseyi, Ə.Mahmudov adına Şərur Türk liseyi, Bakı Özəl Türk liseyi və Sumqayıt Özəl Türk liseyi daxil olub. Həmin 17 lisey arasında ən zəif nəticə göstərənlər “Qafqaz” Azərbaycan-Türkiyə Özəl gimnaziyası, Bakı Özəl Türk liseyinin Quba, “Dədə Qorqud”, Lənkəran və Şirvan filiallarıdır. Bununla belə, bu liseylərin məzunlarının imtahan nəticələri adi ümumtəhsil məktəblərinin orta bal göstəricilərindən xeyli yüksəkdir.

Təhsil Nazirliyinin tabeliyindəki liseylər üzrə həmin göstəricilər bir qədər fərqlidir. Belə ki, 2011-ci ildə bu liseylərin 1600 şagird bitirib və onların 1566 nəfəri attestat alıb. Attestat alanların 91.63 faizi (1435 nəfəri) qəbul imtahanlarında iştirak edib və onlardan 954 məzunu (imtahanda iştirak edənlərin 66.48 faizi) ali məktəblərə daxil olub. Ötən il Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunlarının 351 nəfəri 500-dən, o cümlədən 124 nəfəri 600-dən yuxarı bal toplayıb. Liseylərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 348.958 olub. Bu, respublika üzrə orta göstəricidən 51.1 faiz yuxarıdır.

Nazirliyin tabeliyində fəaliyyət göstərən 32 liseyin abituriyentlərinin bal intervalları üzrə göstəriciləri də maraqlıdır. Belə ki, ötən il həmin liseylərin məzunu olmuş 1435 nəfərdən 146-sı (10.17 faiz) 0-100, 211-i (14.70 faiz) 100-200, 229-u (15.96 faiz) 200-300, 498-i (34.70 faiz) 300-500 intervalında nəticə göstərib. 500-dən yuxarı nəticə göstərənlər isə 351 nəfər olub ki, bu da həmin liseylərin məzunlarının 24.46 faizini təşkil edir. Qəbul imtahanlarının nəticələrinə əsasən, ötən il Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunlarının 59.16 faizi 300 baldan yuxarı nəticə göstərib.

Bu liseylər arasında yaxşı göstəricilər üzrə ilk beşliyə BDU-nun nəzdində “Gənc istedadlar” liseyi, Z.Əliyeva adına tam orta məktəb, “Xəzər” Universitetinin nəzdində “Dünya” məktəbi, Müasir Təhsil Kompleksi, İ.Əfəndiyev adına “Elitar” gimnaziya daxildir. Ən zəif göstərici isə Beynəlxalq ümumtəhsil məktəbinin payına düşüb. Belə ki, ötən il həmin təhsil müəssisəsinin bir abituriyenti belə, ali məktəbə qəbul olmayıb. Təhsil Nazirliyinin tabeliyindəki liseylər arasında ən zəiflər sırasına Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, “Odlar Yurdu” Universitetinin nəzdindəki məktəb, Memarlıq və İnşaat Universitetinin fizika-riyaziyyat təmayüllü liseyi də var.

İndi isə adi ümumtəhsil məktəblərinin analoji göstəricilərinə diqqət edək: 2011-ci ildə respublikanın ümumtəhsil məktəblərini 95 min 473 şagird bitirib və onlardan 57 min 745-i (məzunların 60.48 faizi) ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Həmin abituriyentlərin 22 min 724-ü və ya 39.35 faizi ali məktəblərə daxil olub. Bütövlükdə ötən il abituriyentlərin 38,66 faizi 0-100, 23,78 faizi 100-200, 15,75 faizi 200-300, 16,53 faizi 300-500, 5,27 faizi isə 500-700 bal toplayıb.

Beləliklə, Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunları bir qayda olaraq, ali məktəblərə qəbulda türk liseylərini bitirənlərlə müqayisədə aşağı, adi ümumtəhsil məktəblərinin şagirdlərindən isə yüksək nəticə göstərir. Bu, dövlət sifarişli ixtisaslarda da özünü büruzə verir. Məsələn, türk liseylərinin ötənilki qəbul imtahanlarında iştirak edən hər 100 məzunundan 34-35-i (məzunların 34.13 faizi), Təhsil Nazirliyinin tabeliyindəki liseylərin isə hər 100 məzunundan 28-29-u (məzunların 28.22 faizi) dövlət sifarişli ixtisaslara daxil olub. Liseylərdən sonra bu göstərici üzrə ən yüksək nəticə Neftçala (məzunların 21.79 faizi), Qax (məzunların 20.96 faizi) və Şahbuz rayonlarındakı (məzunların 20.00 faizi) ümumtəhsil məktəblərinin məzunlarına məxsusdur.

Türk liseylərinin abituriyentlərinin son iki ildə əldə etdiyi göstəricilər:

Liseylərin adı
Abituriyentlərin sayı
Qəbul olunub
     Orta bal
500 və daha çox bal topl.
2010
11
2010
11
2010
2011
2010
11
1.
Bakı Türk liseyi
60
54
54
42
576.800
575.389
51
43
2.
Bakı özəl türk liseyi
42
46
30
34
516.976
475.152
29
22
3.
"Qafqaz" Azərbaycan-Türkiyə özəl gimnaziyası
47
33
28
20
367.681
384.697
16
10
4.
Bakı Türk Anadolu liseyi
26
26
14
17
409.231
467.692
10
14
5.
Atatürk liseyi
23
19
15
18
374.304
409.586
7
11
6.
“Dədə Qorqud” özəl türk liseyi
49
57
29
39
474.245
404.211
26
17
7.
Naxçıvan türk liseyi
54
59
50
56
541.481
554.305
39
45
8.
Ordubad qız liseyi
27
25
23
21
467.667
458.560
13
10
9.
Şərur türk liseyi
27
53
22
49
498.593
480.943
12
24
10
Gəncə Azərb-Türk. özəl lis.
20
44
11
30
432.200
451.091
9
17
11
Sumqayıt özəl türk liseyi
35
50
17
33
396.600
469.680
13
30
12
Mingəçevir özəl türk liseyi
27
38
19
35
411.889
468.763
9
19
13
Şəki Azərb-Turk. özəl liseyi
34
39
19
27
383.912
421.051
11
14
14
Ağdaş özəl türk liseyi
29
34
14
25
378.586
439.029
9
15
15
Şirvan özəl türk liseyi
30
41
19
27
421.600
409.000
15
12
16
Lənkəran özəl türk liseyi
25
40
21
26
482.280
408.900
13
10
17
Quba özəl türk liseyi
36
41
20
30
401.306
396.024
11
12


Təhsil Nazirliyinin tabeliyindəki liseylərinin abituriyentlərinin son iki ildə əldə etdiyi göstəriciləri:


Liseylərin adı
Abituriyentlərin sayı
Qəbul olunub
   Orta bal
500 və daha çox bal topl.
2010
11
2010
11
2010
2011
2010
11
1.
Fizika, riyaziyyat və informatika təmay.lisey
123
120
75
82
353.984
347.450
33
24
2.
İncəsənət gimnaziyası
80
72
45
40
265.338
258.597
6
8
3.
Bakı Avropa liseyi
42
41
32
36
476.262
448.610
17
14
4.
MİU-nun fizika-
riyaziyyat təm.liseyi
11
14
7
7
237.818
199.143
1
0
5.
"XXI əsr" MMC-nin
orta məktəbi
6
8
5
6
488.667
417.750
3
1
6.
“Gənc istedadlar” liseyi (BDU)
17
19
15
18
508.118
519.632
11
12
7.
“Dunya” məktəbi (“Xəzər”)
7
13
6
12
453.143
480.923
3
6
8.
Z.Əliyeva adına məktəb
44
156
34
141
461.909
509.115
18
87
9.
Beynəlxalq umumtəhsil məktəbi
2
1
1
0
312.500
192.000
1
0
10
"İntellekt" məktəb-liseyi
44
54
36
47
431.386
413.611
15
16
11
Orta İxtisas Musiqi Məktəbi
65
71
38
44
196.246
171.563
1
0
12
Qərb Universitetinin orta məktəbi
5
1
3
1
271.000
539.000
0
1
13
“Günar" MMC-nin orta məktəbi
2
11
2
8
348.500
352.000
0
2
14
Heydər Əliyev adına lisey
138
126
99
87
411.246
375.349
51
38
15
Humanitar fənlər təmayullu məktəb-lisey
4
13
0
6
48.750
279.846
0
2
16
Humanitar fənlər təm.
Internat məktəbi
22
18
8
10
262.864
265.389
3
1
17
Xarici dillər təmay. orta internat tipli gimnaziya
16
30
7
13
206.250
258.000
1
3
18
Humanitar fənlər gimn.
23
27
12
21
364.174
423.037
4
8
19
“Tərəqqi” liseyi
67
54
41
39
295.970
367.833
8
17
20
“Ankara Məktəbi”
39
59
25
47
347.103
382.678
7
16
21
Dövlət Dəmir Yolu Lis.
25
16
13
8
256.160
258.062
1
2
22
Gözdən əlil uşaqlar üçün internat məktəbi
24
19
9
6
186.083
220.474
0
0
23
“Odlar Yurdu” Un-nin
orta məktəbi
4
6
1
1
183.500
171.833
0
0
24
Xarici dillər təm. gimn.
67
58
42
42
342.448
340.000
13
10
25
“Elitar” gimnaziya
56
33
45
29
391.214
453.788
18
16
26
BSU-nun Məktəb-Lisey Kompleksi
53
85
34
42
358.509
278.024
13
6
27
Müasir Təhsil Kompleksi
19
18
12
14
316.684
463.722
4
9
28
"Xabad Or Avner" kompleksinin məktəbi
11
4
5
3
277.545
341.750
0
1
29
“Zəngi” liseyi
87
71
62
42
390.529
340.521
30
18
30
Kimya-biologiya təmayüllü lisey
154
148
61
59
308.870
278.520
28
23
31
132-134 saylı Təhsil Kompleksi
-
27
-
15
-
288.667
-
4
32
Beynəlxalq Təhsil Kompleksi
-
42
-
28
-
318.071
-
6

http://lent.az/xeber_98317_Liseyl%C9%99rin_imtahan_g%C3%BCc%C3%BCn%C3%BCn_sirri_-_ARA%C5%9EDIRMA

Elxan SALAHOV

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF