Qafqaz Universitetində Xarici və yerli tələbələr üçün Yay Mühəndislik Məktəbi təşkil olunub



Gənc Xəzər Mühəndisləri İctimai Birliyinin (XMİB) universitet tələbələri üçün təşkil etdiyi 4-cü Yay Mühəndislik Məktəbi davam edir.
Qafqaz Universitetindən Gün.Az-a verilən xəbərə görə, iki mərhələli seçim test və müsahibə əsasında müxtəlif xarici və yerli universitetlərdə təhsil alan 20 tələbə proqramda iştirak etmək hüququ qazanıb.

İyunun 29-dan başlayan Yay məktəbi iyulun 5-dək davam edəcək.

Qeyd edək ki, yay məktəbi XMİB Qafqaz Universiteti ilə birlikdə keçirir. Layihə XMİB-nin keçirdiyi sayca 4-cü mühəndislik məktəbidir. İndiyə qədər XMİB müxtəlif Yay və Qış məktəbləri təşkil edib.

Proqramda müxtəlif yerli və xarici şirkətlərdə çalışan peşəkar mühəndislər tərəfindən İnformasiya Texnologiyaları, Neft Mühəndisliyi, Kimya və Proses mühəndisliyi, Liderlik qabiliyyətləri, Layihələrin idarəedilməsi və digər mövzularda seminarlar təşkil olunur.

Eyni zamanda müxtəlif komanda oyunları, bilgi yarışmaları, istehsalat müəssisələrinə səyahətlər təşkil olunur.

Mirvari Kamilqızı
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır