Qafqaz Universitetində XMİB Yay Məktəbi davam edir


05 July, 2012, Gənc Xəzər Mühəndisləri İctimai Birliyinin(XMİB)  universitet tələbələri üçün təşkil etdiyi 4-cü Yay Mühəndislik Məktəbi öz işini uğurla davam etdirir.İki mərhələli seçim -test və müsahibə əsasında  müxtəlif xarici və yerli universitetlərdə təhsil alan 20 tələbə  proqramda iştirak etmək hüququ qazanıb.Yay məktəbinə 29 iyun 2012 tarixində start verilib və 5 iyul tarixinədək davam edəcək.
Həmişəki kimi bu dəfə də XMİB  Yay Məktəbi Qafqaz Universitetində keçirilir.Ümumiyyətlə, CES və Qafqaz Universiteti əməkdaşlığı cəmiyyət yarandığı gündən yüksəksələn xətlə inkişaf edir  və hər iki tərəf bu əməkdaşlıqdan çox  məmnundur.Bunu öz müsahibələrində universitetin rektoru cənab Ahmet Saniç qeyd edib.
Qeyd edək ki, bu layihə XMİB-nin keçirdiyi  sayca 4-cü mühəndislik məktəbidir.İndiyə qədər XMİB müxtəli Yay və Qış məktəbləri təşkil edib.Proqramın təşkilində əsas məqsəd tələbələrə  nəzəri biliklərələ yanaşı real sənayedə baş verən prosesləri aşılamaq, onların komanda şəklində işləmə qabiliyyətlərini  inkişaf etdirmək, birgə zehni bilikləri bir yerə cəmliyərək komanda şəklində  işləməyə alışdırmaq, tələbə mühəndis əlaqələrini inkişaf etdirmək, bir sözlə regionda mühəndisliyin inkişafına öz dəyərli tövhələrini verməkdən ibarətdir. 
Proqramda  müxtəlif yerli və xarici şirkətlərdə çalışan peşəkar mühəndislər tərəfindən İnformasiya Texnologiyaları,Neft Mühəndisliyi,Kimya və Proses mühəndisliyi, Liderlik  qabiliyyətləri,Layihələrin idarəedilməsi və digər mövzularda seminarlar təşkil olunur.Proqram ərzində müxtəlif komanda oyunları, bilgi yarışmaları,istehsalat müəssisələrinə səyahətlər də keçirilir.
Yay məktəbinin Qapanış mərasimi 07/07/2012 tarixində  Kempinski otelində təşkil ediləcək.Mərasimə bütün XMİB üzvləri ,İçtimayyətin Dövlət və media nümayəndələrinin  və XMİB-nin fəaliyyətinə dəstək olan  bütün şəxslər dəvətlidir.
Qafqaz Universiteti mətbuat xidməti.
http://qu.edu.az/view_news.php?news=2437&link=&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır