Qafqaz Universitetinin tələbələri Almaniyada beynəlxalq konfransda iştirak etmişlər

Bakı, 25 iyul (AzərTAc). Qafqaz Universitetinin regionşünaslıq bölməsinin üç tələbəsi Almaniyanın Drezden Texniki Universitetində “Sülh naminə gənclərin mübadiləsi” (“Youth Exchange for Peace”) mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, konfrans çərçivəsində müxtəlif mövzularda “dəyirmi masa” və seminarlar təşkil olunmuşdur. Sonra tədbir Berlinin Humboldt Universitetində davam etmişdir.
Konfransda tələbələrə sertifikatlar verilmişdir. 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF