“Qafqaz”ın tələbələri Almaniyada təltif olundular

25 July, 2012 
Qafqaz Universitetinin Regionşünaslıq bölməsinin tələbələri Almaniyanın Dresden Texniki Universitetində keçirilən “Youth Exchange for Peace” konfransında müvəffəqiyyətlə iştirak edib. 

“Qafqazinfo”nun məlumatına görə, Qafqaz Universitetinin Regionşünaslıq bölməsinin tələbələri Elgün Cəfərov, Nurtac Abdullayeva ve Ramiz Hacızadə Almaniyanın Dresden Texniki Universitetində 20-27 may 2012-ci ildə təşkil olunmuş “Youth Exchange for Peace”( Sülh Naminə Gənclərin Mübadiləsi) beynəlxalq tələbə konfransında müvəffəqiyyətlə iştirak ediblər. Konfrans Heinrich Böll Stiftung Fondunun dəstəyi ilə təşkil olunub. Tələbələrimiz müxtəlif simulasiya oyunlarında, Mədəniyyət və milli identifikasiya, Beynəlxalq Hüquq, Münaqişədəki Qeyri-Dövlət Aktyorlar, Jurnalistikanin ve İctimaiyyətin Münaqişədəki rolu və s. kimi müxtəlif mövzularda keçirilən dəyirmi masa və seminarlarda iştirak ediblər.
Beynəlxalq Hüquq dərsləri Dresden Texniki Universitetinin Professorları tərəfindən keçirilib və daha sonra konfrans Berlinin Humboldt Universitetində davam edir. Programa Dresden və Berlin şəhərlərinin gəzintisi də daxil edilib. Bir həftəlik konfransda tələbələrimiz aktiv iştirak edərək sertifikatla təltif olunublar.


Nigar Məmmədli
http://www.qafqazinfo.az/news.php?id=22476

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır