“Qafqaz”ın tələbələri Avstriyaya səfər ediblər

Qafqaz Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq bölmələrinin tələbələri iyun ayının 29-dan iyul ayının 15-dək Avstriyanın ən mötəbər təhsil ocaqlarından biri olan Graz Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzində olublar.
Tələbələr bu müddətdə həm Graz Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzində təcrübə proqramı keçmiş, həm də Graz Universiteti tərəfindən təşkil olunmuş 26 fərqli ölkədən 80 nəfər tələbə və gənc mütəxəssisin iştirak etdiyi “Avropada təhsil və liderlik” mövzusuna həsr olunmuş beynəlxalq yay məktəbində iştirak ediblər. Onlara sertifikatlar da verilib. Tələbələr akademik çalışmalarla yanaşı, Avstriyanın Graz, Viyana və Leibnitz şəhərlərinə və eləcə də İtaliyanın məşhur Venesiya şəhərinə ekskursiyaya da gediblər.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=44337 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır