Qafqaz Universitetinin Avropa İttifaqı layihələrindəki növbəti uğuru

Bu il Avropa İttifaqı tərəfindən dəstəklənən Tempus və Erasmus Mundus layihələrində Qafqaz Universiteti 3 Tempus və 2 Erasmus Mundus layihəsilə növbəti uğurunu qazanıb.

“Qafqazinfo”nun məlumatına görə, Tempus tərəfdaş ölkələrdə olan təhsil müəssisələrin Avropadakı universitetlərlə əməkdaşlığı və əməkdaş universitetlərin modernizasiyasını hədəfləyən Avropa İttifaqı ali təhsil proqramıdır. Proqram çərçivəsində Avropa universitetləri ilə tərəfdaş ölkələr arasında Avropa standartlarına dair təcrübənin bölüşülməsi, əmək bazarının tələblərinə uyğun kadr potensialının hazırlanması, təlim tədris prosesində ən müasir metodlardan istifadə, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, ali təhsildə islahatlar, yeni informasiya texnologiyaların yaradılması və tətbiqi, eləcədə universitetdə qeyri-akademik heyətin hazırlığı kimi sahələrdə əməkdaşlıqlar qurularaq bu sahələrin inkişafı nəzərdə tutulub.
Bundan öncəki illərdə Qafqaz Universiteti Avropa ali təhsil ocaqları tərəfindən idarəedilən layihələrdə iştirak edirdisə də, bu il Qafqaz Universiteti Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək layihəni kordinator olaraq idarə edəcəkdir. E-NOTES layihəsi 3 il ərzində ölkənin müxtəlif bölgələrində ali təhsil müəssisələrində İnformasiya Kommunikasiya Texnologiyalarından (İKT) istifadə edərək müasir təlim metodlarıyla tədris vermək, ali təhsil müəssisələrində İKT təlimlərinin və tədris materiallarının tərtibinin və nəşrinin Avropa standartlarına uyğunlaşdırmaq, ali məktəblərdə verilən xidmətlərin keyfiyyətini artırmaq, müasir metodlardan istifadə edərək tədqiqatlara dəstək vermək, univeristetlərdə akademik və administrativ heyyətinin kadr potensialının yaxşılaşdırılmasını hədəfləmişdir. Azərbaycanla yanaşı E-NOTES layihəsində İsveç, İspaniya, Latvia, Litva və Polşadan olan universitetlər tərəfdaş kimi iştirak edəcəkər.

Qafqaz Universiteti bundan əlavə olaraq iki avropa universiteti tərəfindən idarəediləcək layihədə tərəfdaş universitet kimi iştirak edəcək. Layihə üç il ərzində Azərbaycan, Gürcistan, İsrail, Qazaxıstan və Qırğızıstanda həyata keçiriləcək. İkinci layihə isə Latviyanın Riqa Texniki Universiteti tərəfindən təqdim edilən enerji səmərəliliyi tədrisinin inkişafı və təlim şəbəkəsinin qurulmasını hədəfləyən layihə üç il ərzində Azərbaycan, Belarusiya və Kosovoda həyata keçiriləcək.
Erasmus Mundus proqramı çərçivəsində isə Qafqaz Universiteti iki konsorsiumla qalib olub. Erasmus Mundus tələbə və müəllim mübadiləsi proqramı olub, tərəfdaş ölkələrdə beynəlxalq əməkdaşlığı təşviq etmək, elmi biliklərin mübadiləsini təşviq etmək, tərəfdaş ölkələrdəki tələbə, müəllim və idari heyyətinin mübdiləsi, tərəfdaş universitetlərdə kadr potensialını yüksəltməyi, ölkələr arasında iqtisadi, siyasi və elm sahələrindəki əməkdaşlığı təşviq etmək hədəflənib.
http://qafqazinfo.az/QAFQAZ_UNIVERSITETININ_AVROPA_%C4%B0TTIFAQI_LAYIH%C6%8FL%C6%8FRIND%C6%8FKI_N%C3%96VB%C6%8FTI_U%C4%9EURU-23023-xeber.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF