102 Prezident təqaüdünə layiq görülənlərin 20-i Qafqaz Universitetinin tələbəsidir.

 Qafqaz Universiteti  qurulduğu  1993- cü ildən bu günə kimi qarşısına məqsəd qoyaraq  ən yüksək  səviyyəli təhsil vermək  və  dünya  universitetləri  ilə rəqabət  aparmaq,   Ulu öndər  Heydər  Əliyevin  qoymuş  olduğu  təhsil siyasətini  qürurla həyata keçirməkdir. 

Elə bunun bariz nümunəsi  kimi  bir neçə ilə nəzər salsaq  ilbəil yüksək bal toplayanlar  Qafqaz Universitetini seçməkdədirlər.

 2010-2011 tədris ilində 102 prezident təqaüdünə layiq görülən tələbələrin  25- i Qafqaz Universitetinin tələbəsidir. 2010-2011 ci tədris ilində 7 tələbə 700 bal toplamış onlarında 4-ü Qafqaz Universitetini seçmiş. 2011-2012 tədris ilində yenə 102 tələbə Prezident təqaüdünə layiq görülüb onlarında 25 –i Qafqaz Universitetinin tələbəsidirlər. 2011-2012 ci tədris ilində 700 bal toplayan 4 tələbənin 4-də  Qafqaz Universitetinin tələbəsidir.  

Bu il də 2012-2013-cü tədris ilində  5 abituriyent 700 bal  toplayıb  onların da 2-i   Qafqaz  Universitetini  seçib. 2012-2013-ü  tədris ilində   Qafqaz  Universitetinə  670  tələbə qəbul olmuşdur. Onların 52  nəfəri  650  baldan  yuxarı, 152 nəfəri  600-dən yuxarı  bal  toplamışlar. 

2012-2013-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Sərəncamda deyilir:  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına əsasən 2012-2013-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir. O, tələbələrin də 20-si  Qafqaz universitetini tələbələridir.

Qafqaz Universiteti mətbuat xidməti.

http://qu.edu.az/view_news.php?news=2519&link=224&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF