«Azərikimya»da Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir

ARDNŞ-nin «Azərikimya» Istehsalat Birliyində Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir. 
Görüşdə gələn il ARDNŞ-nin təşkilatçılığı və dəstəyi ilə «Azərikimya» İB-nin, Qafqaz Universitetinin, həmçinin neft-kimya müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan genişmiqyaslı elmi-praktik konfransın təşkili ilə bağlı məsələlər müzakirə edilmiş, neft-kimya sahəsində çalışan elm adamlarının və istehsalat nümayəndələrinin iştirak edəcəyi tədbirin həm elmi və həm də praktiki baxımdan mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir.
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev və Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç konfransla bağlı görüləcək təşkilati işlər ətrafında fikir mübadiləsi aparmış, bir sıra təkliflər irəli sürülmüşdür. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır