BMT-nin Azərbaycandakı nümayəndəsi “Çağ” da








Sentyabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəsi 
Fikret Akçuranın “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özerenlə görüşü olub. 
Görüş zamanı E. Özeren qonağa “Çağ”ın tədris müəssisələrinin fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan şirkət etimada sədaqətlə fəaliyyətlərini uğurla davam etdirərək, Azərbaycanda daha savadlı, daha muasir biliklərə malik gənclərin yetişdirilməsində öndə olan təhsil müəssisələrini özündə birləşdirir. 
Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda əldə edilən nailiyyətlər də sübut edir. Şirkətin təhsil ocaqlarını bitirən şagirdlər respublikanın eləcə də dünyanın aparıcı universitetlərində təhsillərini uğurla davam etdirirlər. 
E. Özeren bundan sonra da öndə olmağa calışdıqlarını, bunun uçun tədris muəssisələrində lazımi şəraitin hazırlandığını söyləyib. 

BMT-nin Azərbaycandakı nümayəndəsi F. Akçura “Çağ” ın təhsil sahəsindəki fəaliyyətinə görə yüksək nüfuza malik olmasından məmnun olduğunu bildirib və  “Cağ”ın butun tədris muəssisələrinə təhsildə uğurlar arzulayıb.


 http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/622-bmt-nin-azrbaycandak-nuemayndsi-cag-da.html
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF