Bu il ali məktəblərdə qeydiyyat prosesinin 97% yerinə yetirildi



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sentyabrın 7-də növbəti mətbuat konfransı keçirib.
...
TQDK rəsmisi bu il ali məktəblərdə qeydiyyat prosesinin 97% yerinə yetirildiyini, boş qalan yerlərin daha çox ödənişli ixtisaslarla bağlı olduğunu vurğulayıb: “Bunun səbəbi dövlət sifarişli yerlərə qəbul olmaq üçün keçid balının 250 baldan aşağı olmaması və abituriyentlərin aqrar ixtisaslara az maraq göstərməsidir. Aqrar Universitetdə 517, Xəzər Universitetində 95, Təfəkkür Universitetində 114, Odlar Yurdunda isə 194 boş yer var. Boş qalan yerlər özəl ali məktəblərin payına düşür”. 
...
Qeyd edək ki, TQDK bu il hüquq, jurnalistika fakültələri üzrə tələbə qəbulunu azaltsa da, ekologiya, kənd təsərrüfatı, aviasiya, müxtəlif texnologiya üzrə ixtisasların sayını artırıb. Buna baxmayaraq, yüksək bal toplayan tələbələr yenə də ənənəvi seçimə üstünlük veriblər: 
 
I qrup üzrə 600-dən yüksək bal toplayan abituriyentlərin 121 nəfəri Ali Neft Məktəbi, 59 nəfəri Qafqaz Universiteti, 41 nəfəri Bakı Dövlət Universitetini seçib.
 
II qrupda isə 91 nəfər Qafqaz Universitetini, 75 nəfər Prezident yanında Dövlət İdarəçilik Akademiyasını, 48 nəfər Diplomatik Akademiyanı, 45 nəfər Dövlət İqtisad Universitetini seçib.

III qrupda 600-dən yüksək bal toplayanlar arasında birinci yeri Bakı Dövlət Universiteti -149 nəfər, ikinci yeri Azərbaycan Dillər Universiteti - 83 nəfər, üçüncü yeri isə Dövlət İdarəçilik Akademiyası -74 nəfər seçib. 
 
4-cü ixtisas qrupunda isə 336 nəfər Tibb Universiteti, 2 nəfər Bakı Dövlət Universiteti, 2 nəfər Naxçıvan Dövlət Universiteti, 2 nəfər Qafqaz Universitetini seçib”.

S.Hilalqızı

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF