"Çağ Öyrətim"də "ağıllı taxta"nın tətbiqinə başlanıb

"Azərbaycan Türkiyə Özəl Liseyləri artıq bir ildir ki, elektron məktəb sisteminə keçib". Bu barədə yeni tədris prosesində informasiya texnologiyaları vasitələrinin tətbiqi ilə əlaqədar keçirilən mətbuat konfransında bildirilib.

   Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnazın bildirdiyinə görə, "Çağ Öyrətim" İşləmətləri Şirkətinin bütün müəssisələrində dərs ili başlayandan şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadəsinə başlanılıb. "Bu məqsədlə 250 ədəd elektron lövhə alınaraq, sinif otaqlarında quraşdırılıb.

   "Ağıllı taxta" adlandırılan elektron yazı lövhələri haqqında 3 dəqiqləlik film nümayiş etdirildikdən sonra elektron məktəb sistemi haqqında məlumat verilib. Bildirilib ki, elekton məktəb sistemi əvvəllər istifadə edilən jurnal sisteminin elektronlaşdırılmış versiyasıdır. Belə ki, müəllimlər usb-flaş vasitəsilə ad və parol daxil edərək, siniflərin elektron sisteminə daxil olur, bütün qiymətləndirilmələr elektron olaraq həyata keçirilir.

   Şirkət rəsmisinin bildirdiyinə görə, hər bir valideyn dünyanın harda olmasından asılı olmayaraq, verilən parolla elektron məktəb sisteminə daxil olaraq, övladı haqqında bütün məlumatları əldə edə bilər.

   Elektron yazı taxtası haqqında danışan "Çağ Öyrətim" İşlətmələri İdarə Heyətinin sədri Ənver Özərənin sözlərinə görə, bu sistem tətbiq edilməmişdən öncə müəllimlərə xüsusi kurslar keçirilib. "Biz Azərbaycanda yeni fəaliyyətə başlayanda bütün personallarımız Türkiyədən dəvət edilmişdi. Amma artıq şirkətimizdə personalın 83 faizi öz məktəblərimizdə yetişdirdiyimiz tələbələrdir".

   Daha sonra media nümayəndələri Azərbaycan Türkiyə Özəl liseyinin siniflərini gəzərək, siniflərdə quraşdırılmış elektron yazı lövhələrinin çalışma sistemi ilə tanış olublar. Qeyd edək ki, şirkət hazırda özündə 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 13 ali təhsilə hazırlıq kursları və 1 universiteti birləşdirir.
       
İradə CƏLİLOVA

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır