“Çağ” Öyrətimdə təhsil texnologiyalarında yenilik FOTO

 Sentiyabrın 25-də Bakı Özəl Türk Liseyində Kütləvi İnformasiya Vasitələrinin (KİV) iştirakı ilə “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycan-Türkiyə Özəl Liseylərində yeni təhsil texnologiyalarından “Ağıllı Löhvə”nin və elektron məktəb sisteminin tətbiq olunması münasibətilə mətbuat konfransı keçirildi. Konfransda çıxış edən  Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesud Kurnaz əvvəlcə liseylərdə tətbiq olunan yeni təhsil texnologiyaları xüsusilə də “Ağıllı löhvə” və onun əhəmiyyəti haqqında ətraflı məlumat verib. M. Kurnaz bildirib ki, liseylərdə tədris prosesində informasiya texnologiyaları vasitələrindən geniş istifadə edilir. İstifadə olunan texnologiyalar da müntəzəm olaraq yeniləşdirilir. Liseylərin bütün fənn otaqları, laboratoriyaları ən müasir elektron cihazlarla təchiz edilmişdir ki, bunlarda tədris prosesində istifadə edilə biləcək lazımi proqramlarla təchiz edilmişdir. Bu ildən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadə edilməsinə başlanılmışdır. 250 ədəd elektron lövhə alınaraq sinif otaqlarında quraşdırılmışdır. Tədris ediləcək fənlər üzrə müəllimlərə xüsusi seminarlar keçirilmiş və onlara löhvədən istifadə edilməsi qaydası öyrədilmişdir. Hal-hazırda interaktif lövhələr “Çağ” Öyrətim İşlətmələrinin bütün müəssisələrində istifadə edilməkdədir.
Sonra bununla əlaqədar olaraq vi­deoçarx nümayiş edildi. Daha sonra çıxış edən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəis müavini Murat Topçu bildirdi ki, liseylərdə elektron məktəb sistemi tətbiq olunur. Bu sistem imkan verir ki, müəllimlər və valideynlər şagirdlərin nizam-intizamına, dərsə davamiyyətinə tam şəkildə nəzarət etsinlər. Beləki, valideynlər istədikləri vaxt dünyanın hansı ölkələrində olursa olsun öz övladları haqda bütün məlumatı əldə edə bilirlər.
“Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren isə əldə olunan nailiyyətlər barədə ətraflı verib. O bildirib ki, Azərbaycan təhsilindəki bu yeniliyin əldə olunması “Çağ Öyrətim İşlətmələri” şirkətinin inkişafının göstəricisidir. Onun fikrincə, müasir texnologiya tədrisin keyfiyyətini qaldırmağa kömək edəcək: Elektron məktəb sistemindən istifadə nəticəsin­də valideynlər övladlaırnın davamiyyəti, bilik və bacarığı, gündəlik dərsə hazırlığı barədə ətraflı məlumat əldə edə bilirlər. Beləliklədə, təhsil müəssisələrində sinif jurnalları da artıq elektron formatda tətbiq olunur”. Daha sonra Enver Özeren əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib. O bildirib ki, məktəblilərin beynəlxalq fənn olimpiada və yarışlarından 100-dən çoxu qızıl olmaqla yarışlardan ölkəyə gətirilən medalların sayı 529-a çatıb. E.Özerenin sözlərinə görə, əgər 20 il öncə şirkətin məktəblərində işlə­mək üçün 85% türkiyəli müəllim gətirilirdisə, bu gün müəllimlərin 83%-i Azərbaycanda yetişdirilən kadrlardır. Bu gün təhsil müəssisələrində 400-ə yaxın şagird və tələbə pulsuz təhsil alır ki, onların da bəziləri qəbul imtaha­nında 600-dən yuxarı bal toplayanlar, bəziləri isə beynəlxalq olimpiadalarda yüksək nəticə göstərənlərdir”. Bu gün tətbiq olunan yeni təhsil texnologiyaları bundan sonra da davamlı olaraq yenilənəcəkdir. “Qafqaz” Universitetinin rektoru, prof. Ahmet Saniç çıxışında universitetdə tələbələr üçün hazırlanmış şəraitdən yeni təhsil texnologiyaların, laboratoriyaların fəaliyyətə başlamasından, bir çox ixtisaslar üzrə digər ölkələrə getməyə ehtiyac olmamasından danışıb.
Tədbirin davamında qonaqlar Bakı Özəl Türk Liseyinin sinif otaqlarına baxış keçirib, dərs prosesini izləyərək interaktiv lövhələrlə yaxından tanış olublar.









Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır